Göstəricinin adı:
Əhalinin hər bir milyon nəfərinə düşən tədqiqatçıların sayı (tam məşğulluq ekvivalentində)
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Sosial statistika şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Elçin Hacı
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Sosial statistika şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
elchin.haji@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 90 12
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
27.10.2017
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
27.10.2017
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Tədqiqat və işləmələrlə məşğul olan heyət – ardıcıl olaraq həyata keçirdiyi yaradıcılıq fəaliyyətini elmi biliklərin artırılmasına, bu biliklərin yeni tətbiq sahələrinin axtarılmasına yönəldilmiş, eləcə də tədqiqat və işləmələrin yerinə yetirilməsi ilə əlaqədar olan xidmətlərin bilavasitə göstərilməsi ilə məşğul olan şəxslərin məcmuyudur. Statistikada tədqiqat və işləmələr ilə məşğul olan heyət tədqiqat və işləmələri yerinə yetirən təşkilatların (ali məktəblərin, sənaye müəssisələrinin və sair müvafiq bölmələrin) işçilərinin siyahı sayı kimi nəzərə alınır. Tədqiqat və işləmələrlə məşğul olan heyət dörd kateqoriyaya ayrılır: tədqiqatçılar, texniklər, köməkçi heyət və digər heyət.
|
3.2
|
Təsnifat sistemi
|
İnzibati Ərazi Bölgüsü Təsnifatından, İFNT(iqtisadi fəaliyyət növlərinin təsnifatı) istifadə edilir.
|
3.3
|
Əhatə edilən sektor
|
Sosial
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Tədqiqat və işləmələrlə məşğul olan heyət – ardıcıl olaraq həyata keçirdiyi yaradıcılıq fəaliyyətini elmi biliklərin artırılmasına, bu biliklərin yeni tətbiq sahələrinin axtarılmasına yönəldilmiş, eləcə də tədqiqat və işləmələrin yerinə yetirilməsi ilə əlaqədar olan xidmətlərin bilavasitə göstərilməsi ilə məşğul olan şəxslərin məcmuyudur. Statistikada tədqiqat və işləmələr ilə məşğul olan heyət tədqiqat və işləmələri yerinə yetirən təşkilatların (ali məktəblərin, sənaye müəssisələrinin və sair müvafiq bölmələrin) işçilərinin siyahı sayı kimi nəzərə alınır. Tədqiqat və işləmələrlə məşğul olan heyət dörd kateqoriyaya ayrılır: tədqiqatçılar, texniklər, köməkçi heyət və digər heyət. Tədqiqatçılar – elmi tədqiqat və işləmələrlə peşəkarcasına məşğul olan və yeni biliklərin, məhsulların, proseslərin, metodların və sistemlərin yaradılmasını bilavasitə həyata keçirən, eləcə də göstərilən fəaliyyət növlərinin idarə edilməsini təmin edən işçilərdir. Mütəxəssis-tədqiqatçılar, adətən ali peşə təhsilinə malik olurlar. Texniklər – bir qayda olaraq tədqiqatçıların rəhbərliyi altında texniki vəzifələri (elmi cihazların, laboratoriya avadanlığının, hesablama texnikasının istismarı və onlara xidmət göstərilməsi, materialların, çertyojların hazırlanması, eksperimentlərin, sınaqların və təhlillərin aparılması və s.) yerinə yetirməklə elmi tədqiqat və işləmələrin həyata keçirilməsində iştirak edən işçilərdir. Köməkçi heyət – tədqiqat və işləmələrin həyata keçirilməsi ilə əlaqədar olan köməkçi vəzifələri yerinə yetirən: plan-iqtisad, maliyyə bölmələrinin, elmi-texniki informasiya bölmələrinin, elmi-texniki kitabxanaların, patent xidmətlərinin işçilərini, eləcə də elmi avadanlığın və cihazların qurulmasını, sazlanmasını, təmirini və onlara xidmət göstərilməsini həyata keçirən işçiləri əhatə edir. Digər işçilər – təsərrüfat xidməti üzrə işçilər və bütünlükdə təşkilatın fəaliyyəti ilə əlaqədar ümumi xarakterli vəzifələri yerinə yetirən işçilərə aid edilir. Bu işçilərə mühasibat, kadr xidməti, dəftərxana, maddi texniki təminat və s. ümumi xarakterli vəzifələri yerinə yetirən işçilər daxil edilir. Yerinə yetirilmiş elmi-texniki işlərin həcmi təşkilatın öz qüvvəsi ilə və eləcə də kənar təşkilatlar tərəfindən yerinə yetirdiyi işlərin həcmini əks etdirir. Yerinə yetirilmiş elmi-texniki işlərin həcminə fundamental tədqiqatlar, tətbiqi tədqiqatlar və işləmələr daxil edilir. Tədqiqat və işləmələr dedikdə, elmi biliklərin artırılması və onların tətbiq edilməsi üçün yeni sahələrin axtarılması məqsədi ilə ardıcıl olaraq həyata keçirilən elmi fəaliyyət başa düşülür. Fundamental tədqiqatlara yeni biliklərin istifadəsi ilə əlaqədar hər hansı bir məqsəd olmadan onların əldə edilməsinə yönəldilmiş eksperimental və ya nəzəri tədqiqatlar aid edilir. Onların nəticələri fərziyyələrdən, nəzəriyyələrdən, metodlardan və s. ibarətdir. Fundamental tədqiqatlar əldə edilmiş elmi nəticələrdən praktikada istifadə edilməsi imkanlarının aşkar edilməsi üçün tətbiqi tədqiqatların aparılması haqqında tövsiyələr, elmi nəşrlər və s. ilə başa çata bilər. Tətbiqi tədqiqatlar konkret praktiki məsələlərin həll edilməsi məqsədi ilə yeni biliklərin əldə edilməsinə yönəldilmiş orijinal işlərdən ibarətdir. Tətbiqi tədqiqatlar fundamental tədqiqatların nəticələrindən istifadə edilməsinin mümkün yollarını, əvvəllər formalaşdırılmış problemlərin həlli üçün yeni metodları müəyyənləşdirir. İşləmələrə tədqiqat və təcrübi sınaqlar nəticəsində əldə edilmiş mövcud biliklərə əsaslanmış və yeni materialların, məhsulların, proseslərin, qurğuların, sistem və ya metodların yaradılmasına yönəlmiş mütəmadi işlər aid edilir. Bu işlər də artıq mövcud obyektlərin təkmilləşdirilməsi məqsədini daşıya bilər. İşləmələrin tərkibinə aşağıdakı fəaliyyət növləri daxil edilir: layihə-konstruktor və texnoloji işlər; sınaq nümunələrinin, dəstlərin, məmulatın (məhsulların) hazırlanması; tikinti üçün layihə işləri. Elmi-texniki xidmətlərə elmi-texniki informasiya, patentlər, lisenziyalar, standartlaşdırma, metrologiya və keyfiyyətə nəzarət sahəsində göstərilən fəaliyyət, elmi-texniki məsləhət və tətbiqetmə, eləcə də elmi biliklərin yayılması və tətbiqi üzrə digər fəaliyyət növləri aid edilir. Elmi təşkilatların balansında olan və onların əsas fəaliyyətində istifadə edilən elmi tədqiqat və işləmələrin əsas vəsaitlərinə bina və qurğular, maşın və avadanlıqlar, o cümlədən təcrübə-sınaq qurğuları, elmi cihazlar, avtomatlaşdırma vəsaitləri və hesablama texnikası, nəqliyyat vasitələri, alətlər, avadanlıqlar və sair aiddir. Bölmədə vəsaitin yaranma mənbələrindən asılı olmayaraq hesabat ilində elmi tədqiqat və işləmələrin yerinə yetirilməsinə çəkilən faktiki xərclər haqqında məlumatlar göstərilir. Ümumi xərclər – kənar təşkilatlar tərəfindən yerinə yetirilən işlər də nəzərə alınmaqla, elmi tədqiqat və işləmələrin yerinə yetirilməsinə sərf olunan xərclərin ümumi məbləğidir.
|
3.5
|
Statistik vahid
|
Tədqiqat və işləmələrlə məşğul olan fiziki şəxslər
|
3.6
|
Statistik məcmu
|
Elmi müəssisələr
|
3.7
|
İstinad zonası
|
Göstəriciyə dair məlumatlar statistik vahidlərin reyestrda mövcud olduğu ərazi üzrə təqdim olunmuş məlumatlara əsaslanır.
|
3.8
|
Vaxt əhatəliyi
|
Tədqiqat və işləmələri yerinə yetirən təşkilatların sayına dair göstərici 1995-cı ildən hesablanir və dinamika sıraları mövcuddur.
|
3.9
|
Baza dövrü
|
2015
|
4
1
|
Ölçü vahidi
|
nəfər
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
|
9
1
|
Yayım tezliyi
|
illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Azərbaycanın statistik göstəriciləri, Azərbaycan rəqəmlərdə, Azərbaycanın regionları, Azərbaycanda qadınlar və kişilər, Azərbaycanda uşaqlar, Azərbaycanda Təhsil, Elm və Mədəniyyət
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/education/?lang=az
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
Ümumi Daxili Məhsulun (ÜDM) artım tempinin hesablanmasına dair MHS-1993 və 2008-lə yanaşı, AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Göstəricinin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir. 1-elm №li forma (Müəssisələrin yerinə yetirdiyi elmi tədqiqatlar və işləmələr haqqında) doldurulmasına dair göstəriş (http://www.stat.gov.az)
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İldə bir dəfə elm statistikası ilə bağlı istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı heç bir məlumat daxil olmamışdır. Dövlət orqanları, elmi-tədqiqat mərkəzləri,tələbələr, vətəndaşlar əsas istifadəşilərdir. Bir çox mürəciətlərdə məlumatın elmi araşdırmalar, diplom işlərinin yazılması üçün istənildiyi bildirilir.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndirmə aparılmamışdır. Tədqiqat və işləmələri yerinə yetirən müəssisələr başdan-başa müşahidəyə cəlb edildiyindən bu sahədə kənarlaşmalar mövcud deyil. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
|
13.2
|
Seçmə xətası
|
Məlumat ümumi müşahidə nəticəsində əldə edildiyindən seçmə xətası mövcud deyil.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
İlkin məlumatların alınması ilə ilk nəticələrin (həmçinin son nəticələrin) hazır olma vaxtı arasında vaxt intervalı bir həftə arasında dəyişir.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
Aylıq məlumatlar rüblük məlumatlarla, rüblük məlumatlar illik, illik məlumatlar isə yekun məlumatlarla dəqiqləşdirilir.
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisə edilə biləndir
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur
|
15.4
|
Daxili uyğunluq
|
Aylıq məlumatlar rüblük məlumatlarla, rüblük məlumatlar illik, illik məlumatlar isə yekun məlumatlarla dəqiqləşdirilir.
|
16
1
|
Xərc və yük
|
Son dövrlərdə hesabatların real-vaxt rejimində təqdim edilməsinə keçilməsi səmərəliliyin yaxşılaşdırılması sahəsində atılan ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi sattistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər və aktuallığını itirmiş göstəricilər hesabat formalarından çıxarılır.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması” reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Respublika üzrə mülkiyyət formasından asılı olmayaraq bütün elmi-texniki işləri yerinə yetirən müəssisələr.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatın yoxlanması üçün müvafiq proqram təminatı mövcuddur.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların kompilyasiyası aparılmır
|
18.6
|
Düzəlişlər
|
Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur
|