Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq
Göstərici 10.4.1 Əmək ödənişlərinin ÜDM-də xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   10.4.1 Əmək ödənişlərinin ÜDM-də xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Əmək ödənişlərinin ÜDM-də xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nuru Süleymanov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nuru.suleymanov@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 74 50
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 8/1/2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 8/1/2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 27/08/2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı ÜDM-də əməyin payı dedikdə, işçilərin əməyinin ödənilməsinə sərf edilən vəsaitlərin ÜDM-dəki payının faizlə ifadəsi nəzərdə tutulur. Bu göstərici müəyyən istinad dövründə ÜDM-in tərkibində əməyin ödənilməsinin xüsusi çəkisinə istehsal prosesində kapitala ayrılan ödənişlərin xüsusi çəkisi ilə müqayisədə nəzər salmağa imkan verir.  Bu göstəricini effektiv şəkildə interpretasiya etmək üçün, onu iqtisadi artım tendensiyaları ilə birlikdə nəzərdən keçirmək lazımdır. Əmək ödənişlərinin ÜDM-dəki payı iqtisadi artımın nə dərəcədə zamanla işçilərin gəlirlərinin artmasında əks olunduğunu göstərə bilər. İqtisadi tənəzzül dövrlərində əmək haqqının xüsusi çəkisi azalan ÜDM-in mənfəətlə müqayisədə əmək gəlirlərini nə dərəcədə azaltdığını əks etdirir. Əmək gəlirləri mənfəətlə müqayisədə daha sürətlə düşürsə, əmək haqqının xüsusi çəkisinin azalması gözləniləndir. Əksinə, mənfəətin azalması əmək gəlirləri ilə müqayisədə daha kəskin sürətlə baş verirsə, əmək haqqının xüsusi çəkisi artacaqdır. ÜDM-in və mənfəətin istənilən səviyyəsində, muzdlu əməyin, əmək haqlarının və ya hər ikisinin azalması əmək haqqının xüsusi çəkisinin azalmasına səbəb ola bilər
3.2 Təsnifat sistemi  • İqtisadi fəaliyyət növlərinin təsnifatı (İFNT); • Məşğulluq təsnifatı; • Mülkiyyət növləri təsnifatı; • İnzibati ərazi bölgüsü təsnifatı; • Milli Təhsil Təsnifatı http://www.azstat.org/tesnifat/
3.3 Əhatə edilən sektor  Müşahidə iqtisadiyyatın bütün sektorlarını əhatə edir.
3.4 Statistik anlayışlar və təriflər Əməyinin ödənilməsi dedikdə, müəssisə tərəfindən işçiyə hesabat dövrü ərzində gördüyü işə görə nağd və ya natura formasında verilməli ümumi ödənişdir. Əməyin ödənilməsinə aşağıdakılar daxildir: (i) əmək haqları və maaşlar (natura və ya nağd formada) və (ii) işçilər tərəfindən ödənilməli sosial sığorta ödəmələri. Bu konsepsiyanın yanaşmasına görə əməyin ödənilməsi işə götürən üçün xərcə bərabərdir. Buna görə də, könüllü həyata keçirilən ödənişsiz işə görə əməyin ödənilməsi sıfıra bərabərdir. Üstəlik, buraya işəgötürənlər tərəfindən maaş və əmək haqqına görə ödənilməli vergilər daxil deyil.  Göstəricini hesablayarkən bütün işçiləri və bütün iqtisadi fəaliyyət növlərini əhatə edən məlumatlardan istifadə edilməlidir.  ÜDM spesifik vaxt müddəti ərzində (bu göstəricinin məqsədləri üçün - 1 il) ölkə ərazisində istehsal edilən bütün son məhsul və xidmətlərin bazar dəyəridir.  İşçilər dedikdə, muzdlu məşğulluğa aid edilən bütün iş növlərində çalışan, birbaşa və dolayı məşğulluq müqavilələri əsasında işlədikləri vahidin gəlirlərindən birbaşa asılı olamayan məvacib alan bütün işçilər nəzərdə tutulur.   Ümumi məşğulluq dedikdə muzdlu əməyə cəlb olunan və özünüməşğul əhali birlikdə götürülür.
3.5 Statistik vahid  Ümumi daxili məhsul iqtisadiyyatın bütün sektorları ilə əlaqəli və iqtisadiyyatı bütövlükdə əhatə edən göstəricisidir.    Müşahidə vahidi – Məşğul insanlar Hesabat vahidi – seçmə müayinəyə daxil edilmək üçün seçilmiş ev təsərrüfatları və onların üzvləri
3.6 Statistik məcmu ÜDM göstəricisinin hesablanması üçün lazımi məlumatlar müxtəlif statistik mənbələrdən əldə edilir. Qeyd etmək lazımdır ki, MHS-in makroiqtisadi göstəriciləri üçün, o cümlədən ÜDM üçün statistik məcmuə anlayışı münasib deyil;    Baş məcmuya milli qanunvericilik ilə müəyyən olunmuş əmək qabiliyyətili yaşda olan bütün işsiz əhali daxildir.
3.7 İstinad zonası Ümumi daxili məhsul-iqtisadi vahidlərin -rezidentlərin ölkə ərazisində son istehlak üçün məhsul və xidmətlər istehsalı üzrə yaratdıqları əlavə dəyərin həcmidir; Məşğulluq - Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları
3.8 Vaxt əhatəliyi  Hesabatın yığılmasının əsas məqsədi iqtisadi fəaliyyət növlərinin bütün sahələrində muzdla çalışanlar haqqında lazımi məlumatlar əldə etmək və istifadəçilərə çatdırmaqdır. Hesabat 1993-cü ildən tətbiq olunub.
3.9 Baza dövrü Ümumi daxili məhsul -2005; Əmək ğdənişləri- Göstəricinin baza dövrü yoxdur, çünki indeks hesablanmır.
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Ümumi daxili məhsul beynəlxalq təşkilatların (Avropa İqtisadi Komissiyası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı) tərəfindən irəli sürülən Milli Hesablar Sistemi 1993 və 2008-in konsepsiyası əsasında hesablanır.; Milli və Beynəlxaq Əmək Təşkilatının metodologiyasına əsasən uyğunlaşdırılıb. 
6.2 Məlumatların təşkilatlararası bölgüsü Bütün beynəlxalq təşkilatlara və yerli istifadəçilərə.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf

7.2 Məxfi məlumatların işlənməsi Dövlət Statistika Komitəsi ilkin məlumatların məxfiliyinə zəmanət verir.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi  Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2 Yayım təqviminə giriş https://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi https://www.stat.gov.az/source/system_nat_accounts/; https://www.stat.gov.az/menu/13/
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər  Göstəriciyə dair əsas məlumatlar:  Aylıq bülleten "Sosial-iqtisadi inkişaf", illik "Azərbaycanın Milli Hesabları" "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər", "Azərbaycan gəncləri" Dövlət Statistika Komitəsinin internet saytda mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3 Onlayn məlumat bazası https://www.stat.gov.az/source/system_nat_accounts/
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş yalnız xüsusi hallarda Dövlət Statistika Komitəsinin rəhbərliyinin icazəsi ilə rəsmi statistika haqqında qanuna uyğun şəkildə verilə bilər.
10.5 Digər MHS-1993 və 2008-lə yanaşı, AHS-2010-un metodoloji tövsiyyələrindən istifadə olunur. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji material "Statistika üzrə əsas göstəricilər", Azərbaycanın Milli Hesabları" adlı nəşrlərdə və ya bu linkdə tapmaq olar http://www/stat.gov.az/menu/7/other_metadata/.
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf

11.2 Keyfiyyət qiymətləndirilməsi

Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.

12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Əsas istifadəçilər: • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), • İqtisadiyyat Nazirliyi (İN), • Təhsil Nazirliyi (TN), • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) • digər dövlət orqanları beynəlxalq təşkilatlar: • Beynəlxalq Əmək Təşkilatı (BƏT), • Beynəlxalq Valyuta Fondu (BVF), • Dünya Bankı (DB), • BMT-nin Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyası və s.
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 

12.3 Dolğunluq MHS-1993 və MHS-2008 çərçivəsində ÜDM və əhalinin hər nəfərə düşən ÜDM-ə aid olan bütün komponentlər;  Məlumat sorğu metodologiyası sənədinə uyğun olaraq tam dolğundur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Seçmə statistik müşahidəsinin layihəsinin tərtibi ölkənin bütün regionlarını (şəhər, kənd) əhatə edir. Seçmə planı regionlarda mövcud olan ev təsərrüfatlarının sayına mütənasib olaraq 1 faiz hesabı ilə tərtib olunur. Ölkənin bütün regionları üzrə reprezentativlik təmin olunur. Nümunələrin seçilməsi iki mərhələli olmaqla sadə təsadüfi üsulla SPSS proqram paketi vasitəsilə aparılır. Seçmə əlaməti üzrə (1-ci mərhələdə ev təsərrüfatlarının sayına görə, 2-ci mərhələdə isə ailənin ölçüsünə görə) layihənin səmərəliliyi (dizayn effekti) hesablanır. Kəmiyyət və keyfiyyət göstəriciləri qiymətləndirilir.
13.2 Seçmə xətası Baş məcmunun seçmə əlaməti üzrə statistik xarakteristikası (orta kəmiyyət, standart kənarlaşma, dispersiya, variasiya əmsalı, seçmə orta kəmiyyətin standart xətası, dayanıqlıq əmsalı və s.) Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzi tərəfindən hesablanır. Sayıcı məntəqələri əhalinin siyahıyaalınma məlumatları əsasında tərtib edildiyinə görə ev təsərrüfatlarının sayına görə həmcinslik təmin edilir. Bu səbəbdən sayıcı məntəqələri üzrə qruplaşma aparılmır. Seçmənin 2-ci mərhələsində seçmə əlaməti kimi ev təsərrüfatlarının ölçüsü əsas götürülür. Ev təsərrüfatlarının ölçüsünə görə statistik xarakteristika hesablanır. Seçmə prosesi rayon daxilində şəhər və kənd üzrə aparıldığından ev təsərrüfatlarının ölçüsünə görə həmcinslik təmin edilir.
13.3 Qeyri-seçmə xətası

Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf

14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Vaxtlı-vaxtında olma mütəmadi olaraq istifadəçilərlə müzakirə edilir. Müşahidənin vaxtlı-vaxtında olması istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtı arasında razılaşmadır (kompromisdir). Orta istehsal vaxtı: 45 gün
14.2 Tam vaxtında yerinə yetirmə Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik  Ölkə üzrə cəmi, həmçinin şəhər və kənd yerləri üzrə hesablanır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Rüblük və illik məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir
15.4 Daxili uyğunluq İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərqlər yarana bilər.
16 1 Xərc və yük Respodentlərə ödəniş edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Bu göstərici Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əsas statistik göstəricilər üzrə məlumatlara dair müəyyən edilmiş reqlamentə əsasən yenidən baxılır.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi "Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti". http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
18 1 Statistik emal
18.1 İlkin məlumatlar İlkin məlumatlar İşçi qüvvəsinə dair rüblük müayinə əsasında seçməyə düşmüş ev təsərrüfatlarının 15 və yuxarı yaşda olan üzvlərinin sorğuya cəlb olunması vasitəsilə formalaşır. Müayinə iki pillə əsasında aparılır. Birinci pillə seçmədə iştirak edən sayıcı məntəqələrinin müəyyən edilməsindən ibarətdir. Bu məntəqələr hər bir rayon daxilində təsadüfi üsulla seçilir. Seçməyə cəlb olunmuş məntəqələr hər il aktuallaşdırılır. Müayinə üzrə seçmə həcmi hər ilin yanvarın 1-i vəziyyətinə ölkədə mövcud ev təsərrüfatlarının cəmi sayının 1 faizini nəzərdə tutur. Seçmənin bu həcmi ölkənin iqtisadi və inzibati rayonlarının şəhər və kəndləri üzrə mütənasib olaraq bölünür və seçmə planı tərtib olunur. Bu plan əsasında məntəqələr üzrə mütənasib şəkildə seçmə sayı hesablanır və müəyyən olunmuş saya uyğun olaraq hər bir rayonun daxilində şəhər və kəndlər üzrə ayrı-ayrılıqda sadə təsadüfi üsulla ev təsərrüfatları seçilir. Seçməyə cəlb olunmuş ev təsərrüfatlarının rayon siyahısı tərtib olunur. Siyahıda ərazinin kodu, adı, sayıcı məntəqəsinin nömrəsi, ev təsərrüfatı başçısının adı, soyadı, ünvanı göstərilir. Hər ilin II rübündən başlayaraq rotasiya üsulu tətbiq edilir. Belə ki, rayon daxilində hər rüb seçmə həcminin 25 faizi yeniləri ilə əvəz olunur.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Yerli statistika orqanları tərəfindən toplanmış məlumatlar mikro və makro səviyyədə yoxlanılması həyata keçirilir, yəni seçmə planına müvafiq olaraq ev təsərrüfatlarının və respondentlərin sorğuya cavab vermə səviyyəsi, sorğudan imtina etmiş ev təsərrüfatlarının yaxud respondentlərin təyin edilməsi, siyahıda göstərilmiş ünvanda mövcud olmayan ev təsərrüfatları dəqiqləşdirilir. Eyni zamanda sorğu anketində nəzərdə tutulmuş suallara natamam cavab verən respondentlər müəyyən edilir. Əvvəlki dövrün sorğu məlumatları və cari statistik məlumatlarla müqayisə edilərək aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılır.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatlar Dövlət Statistika Komitəsinin Əmək statistikası və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbələri tərəfindən hazırlanır və toplanır.
18.6 Düzəlişlər Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları" və məlumatlara yeniden baxılması reqlamentinə əsasən metodoloji tövsiyyəyə uyğun olaraq aparılır.
19 1 Şərh Əlavə şərh yoxdur