Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq
Göstərici 10.7.2 İnsanların nizamlı, təhlükəsiz, müntəzəm və məsuliyyətli miqrasiyasını və hərəkətliliyini asanlaşdıran miqrasiya siyasətinin mövcudluğu

Göstərici miqrasiya və insanların hərəkətliliyi sahəsində hüquqi, institusional və təşkilati fəaliyyətin həyata keçirilmə vəziyyətini əks etdirir.

Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan  münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında hüquqi vəziyyəti ilə  bağlı  normalar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyənləşdirilir.  İnsanların miqrasiyası və hərəkətliliyi sahəsində  dövlət siyasətinin həyata keçirilməsini, idarəetmə sisteminin inkişaf etdirilməsini, miqrasiya proseslərinin tənzimlənməsini və  roqnozlaşdırılmasını, bu sahədə müvafiq dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini Azərbaycan Respublikasının Dövlət  Miqrasiya Xidməti (DMX) həyata keçirir. Ölkə hüdudlarında miqrasiya proseslərinin effektiv tənzimlənməsi, müraciət edənlərin  rahatlığının təmin edilməsi, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılmasının asanlaşdırılması məqsədilə DMX- nın 8 regional idarəsi və dövlət sərhədinin buraxılış məntəqələrində miqrasiya şöbələri fəaliyyət göstərir. 

DMX miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi çərçivəsində “bir pəncərə” prinsipini tətbiq edərək əcnəbilərə və vətəndaşlığı  olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazələrin və müvafiq vəsiqələrin verilməsini, onların yaşayış yeri üzrə qeydiyyata alınmasını, Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətinin uzadılmasını, həmçinin ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq  üçün iş icazələrinin verilməsini həyata keçirir. Bununla da ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında  tənzimlənməsinə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat,  yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına, miqrasiya  idarəetmə mexanizminin təkmilləşdirilməsinə və sadələşdirilməsinə, həmçinin bu sahədə operativliyin və şəffaflığın təmin olunmasına  nail olunmuşdur. 

Bundan əlavə, Azərbaycan Respublikasında müvəqqəti olan, işləyən və yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında  dəqiq statistik məlumatlar DMX-nın Vahid Miqrasiya Məlumat Sistemində (VMMS) toplanır və onun digər dövlət orqanlarının müvafiq  sistemlərinə inteqrasiyası təmin edilmişdir. Nəticədə Azərbaycan Respublikasında yaşayan, işləyən və müvəqqəti olan əcnəbilərin və  vətəndaşlığı olmayan şəxslərin uçotu aparılır, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanları zəruri informasiya  ilə təmin edilir, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işləri avtomatlaşdırılmış və bu sahədə göstərilən elektron  xidmətlər təkmilləşdirilmişdir. 




Mənbə: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti



  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: İnsanların nizamlı, təhlükəsiz, müntəzəm və məsuliyyətli miqrasiyasını və hərəkətliliyini asanlaşdıran miqrasiya siyasətinin mövcudluğu
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Dayanıqlı inkişaf statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs İlqar Vəliyev
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu ilgar.valiyev@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi (+99412) 377 10 70 daxili: 2251
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi (+99412) 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 01.03.2023
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 01.03.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 26.08.2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı DIM 10.7.2 göstəricisi milli miqrasiya siyasətlərinin vəziyyətini və bu siyasətlərin zamanla necə dəyişdiyini təsvir etmək üçün nəzərdə tutulub. Toplanmış məlumat həm əldə edilmiş irəliləyişləri, həm də boşluqları müəyyən etmək məqsədi daşıyır və beləliklə, DİM-in 10.7-ci hədəfinin həyata keçirilməsi üçün praktiki tövsiyələr üçün sübut bazasının yaradılmasına təminat verir. Göstərici, həmçinin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda (HLPF) gələcək tematik icmallar üçün istifadə olunacaq.
3.2 Təsnifat sistemi Tələb olunmur
3.3 Əhatə edilən sektor Tətbiq edilmir.
3.4 Statistik anlayışlar və təriflər 10.7-ci hədəfin əhatə dairəsi genişdir və bir çox terminlər yaxşı müəyyən edilmişdir. BMqT-nin Miqrasiya lüğəti nizamlı və müntəzəm miqrasiya kimi əsas anlayışları müəyyən edir. Regional və qlobal aqreqatlar üçün ölçü vahidi dəyərləri xüsusi diapazonlar arasında düşən ölkələrin nisbətinə aiddir.
3.5 Statistik vahid Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
3.6 Statistik məcmu Tətbiq edilmir.
3.7 İstinad zonası Ölkə üzrə.
3.8 Vaxt əhatəliyi Məlumatlar 2015-ci ildən etibarən mövcuddur
3.9 Baza dövrü Məlumatlar 2015-ci ildən etibarən mövcuddur
4 1 Ölçü vahidi Tətbiq edilmir
5 1 Hesabat dövrü İllik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar “Rəsmi statistika haqqında qanun” Azərbaycan Respublikasının Qanunu
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən toplanılır.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf



7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9 1 Yayım tezliyi İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Hazır cədvəllər bu linkdə mövcuddur: https://www.sdg.azstat.org/
10.3 Onlayn məlumat bazası

sdg.azstat.gov.az

10.4 Mikroməlumatlara giriş Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://unstats.un.org/sdgs/metadata/files/Metadata-10-07-02.pdf
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 


12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası Tətbiq edilmir.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır.
14.2 Tam vaxtında yerinə yetirmə Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisə aparılmır.
15.2 Vaxt üzrə müqayisəlilik Müqayisə aparılmır
15.3 Sahələrarası uyğunluq Əlaqəli statistika yoxdur.
15.4 Daxili uyğunluq Müqayisə aparılmır.
16 1 Xərc və yük Tətbiq edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Tətbiq edilmir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Tətbiq edilmir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar İlkin məlumatlar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti məlumatları əsasında toplanır.
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar illik dövrilikdə toplanılır.
18.3 Məlumatların toplanması Məlumatlar Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti  tərəfindən məktubla poçt vasitəsi ilə DSK-ya göndərilir.
18.4 Məlumatlara nəzarət Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatlar şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa məlumatı təqdim edən müvafiq nazirlik, komitə və ya baş idarə bu barədə məlumatlandırılır, müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların ümumiləşdirilməsi aparılır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.