Göstəricinin adı:
İnkişaf üçün resurs axınlarının məcmu həcmi, resipient/donor ölkələr və axınların növü (məsələn, inkişaf üçün rəsmi yardım, birbaşa xarici investisiyalar və digər maliyyə axınları) üzrə bölgüdə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Nuru Süleymanov
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
nuru.suleymanov@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 74 50; 377 10 70 (22-04)
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
3/19/2021
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
3/19/2021
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26/08/2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Azərbaycan Respublikasının Mərkəzi Bankının təqdim etdiyi məlumatlar əsasında hazırlanır.
|
3.2
|
Təsnifat sistemi
|
İqtisadi fəaliyyət, mülkiyyət növü, valyuta, ölkələr, qiymətli kağızlar üzrə təsnifatlar.
|
3.3
|
Əhatə edilən sektor
|
Qeyri-rezidentlərlə münasibətdə xarici iqtisadi əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər.
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Birbaşa xarici investor - müəssisənin sahibi olan, yaxud onun səhmlərinin və ya nizamnamə kapitalının 10 faizdən az olmayan hissəsinə nəzarət edən qeyri-rezident fiziki və ya hüquqi şəxsdir. Birbaşa investisiya – müəssisə və onun birbaşa investoru (birbaşa investorları) arasında bütün maliyyə əməliyyatlarını əhatə edir. Reinvestisiya - mənfəətin birbaşa investorun kapitalda iştirakı payına mütənasib olan hissəsinin müəssisədə saxlanması və təkrar investisiya şəklində istifadə edilməsidir. Hüquqi və fiziki şəxsin rezidentlik statusu təsis olunduğu ölkə (fiziki şəxslər üçün – vətəndaşlıq mənsubiyyəti) ilə deyil, onun hər hansı bir ölkənin iqtisadi ərazisini öz iqtisadi maraqlarının mərkəzi seçməsi, bu əraziyə sıx bağlılığı və həmin ərazidə davamlı olaraq bir il müddətindən artıq fəaliyyət göstərməsi (fiziki şəxslər üçün – yaşaması) ilə müəyyən edilir. Bu şərtlərə uyğun olmayan hüquqi və fiziki şəxslər qeyri-rezident hesab olunur. Azərbaycan Respublikasında yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, habelə beynəlxalq təşkilatlar, onların nümayəndəlikləri və filialları, Azərbaycan Respublikasında yaşayan əcnəbi tələbələr qeyri-rezidentlərə aid edilir.
|
3.5
|
Statistik vahid
|
Hüquqi və fiziki şəxslər
|
3.6
|
Statistik məcmu
|
Qeyri-rezidentlərlə münasibətdə xarici iqtisadi əməliyyatlar həyata keçirən hüquqi və fiziki şəxslər.
|
3.7
|
İstinad zonası
|
Ölkə üzrə
|
3.8
|
Vaxt əhatəliyi
|
1995-ci ildən dinamikası mövcuddur.
|
3.9
|
Baza dövrü
|
1995-ci ildən bəri
|
4
1
|
Ölçü vahidi
|
Min ABŞ dolları
|
5
1
|
Hesabat dövrü
|
Statistik İşlər Proqramında nəzərdə tutulan təqvim çərçivəsində rüblük və illik təqdim edilir.
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 aprel tarixli, 118 nömrəli qərarına uyğun olaraq hazırlanmış və ölkə rezidentlərinin xarici borclarına dair zəruri məlumatların əldə edilməsi üçün nəzərdə tutulmuşdur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Beynəlxalq təşkilatlar və yerli istifadəçilər.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərin payı 85%-dən çox olmamalıdır.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir və məlumatlar Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
http://www.cbar.az; https://www.stat.gov.az/source/finance/ Statistik məlumatla Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
|
8.3
|
İstifadəçi girişi
|
http://www.cbar.az; https://www.stat.gov.az/source/finance/
|
9
1
|
Yayım tezliyi
|
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Əsas etibari ilə icmal hesabat formasında yayımlanır. Həmçinin illik məlumatlar "Azərbaycanın Statistik Rəqəmləri" adlı illik statistik məcmuədə və digər statistik məcmuələrində nəşr edilir.
|
10.2
|
Nəşrlər
|
Komitənin rəsmi internet səhifəsində "Statistik nəşrlər" bölməsinin "Bülletenlər və bukletlər" alt bölməsinin "Nəşrlərin e-versiyası" hissəsində "Dayanıqlı inkişaf məqsədləri" adlı məcmuədə, həmçinin Mərkəzi Bankın icmal hesabatında və illik məlumatlar "Azərbaycanın Statistik Rəqəmləri" adlı illik statistik məcmuədə və komitənin digər statistik məcmuələrində nəşr edilir.
|
10.3
|
Onlayn məlumat bazası
|
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Komitənin 13 iyun 2011-ci il tarixində təsdiq etdiyi “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
İstifadəçi https://www.azstat.org/xidmetler/st_melumat/ linkindən də istifadə edə bilər.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Beynəlxalq Valyuta Fondunun “Tədiyə balansı və Beynəlxalq İnvestisiya Mövqeyi” adlı təlimatının 6-cı nəşrinin metodologiyasına uyğun formalaşdırılır.
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib.
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İstifadəçinin tələbi rüblük və ilin sonuna olan məlumatlardır. Əsas istifadəçilər: İqtisadiyyat Nazirliyi, Beynəlxalq təşkilatlar
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Əsas etibari ilə Beynəlxalq standartlara uyğun xarici borc və beynəlxalq investisiyalar statistikasının təşkili, ümumiləşdirilməsi və yayılması mexanizmlərinin təkmilləşdirilməsi metodu əsasında.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
1-xarici borc, 2-xarici borc və 1-invest hesabat formaları üzrə dəqiqləşdirilir.
|
13.2
|
Seçmə xətası
|
Mövcud deyildir.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə
xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30
oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında
baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması
qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Statistik İşlər Proqramında nəzərdə tutulan təqvim çərçivəsində təqdim edilir.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Statistik İşlər Proqramında nəzərdə tutulan təqvim çərçivəsində təqdim edilir.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Müqayisəlilik təmin edilir
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Rüblük məlumatlarda hər-hansı bir göstəricidə dəyişiklik baş verərsə bu dəyişiklik nəzərə alınmaqla illik məlumatlar dəqiqləşdirilir
|
15.4
|
Daxili uyğunluq
|
Məlumatların daxili uyğunluğuna nəzarət edilir.
|
16
1
|
Xərc və yük
|
Respodentlərə ödəniş edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamentinə uyğun aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Onlayn hesabatlar
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
Rüblük və illik dövriliklə
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar elektron formada təqdim edilir.
|
18.4
|
Məlumatlara nəzarət
|
Hər bir komponent beynəlxalq standarta uyğun qəbul olunmuş ardıcıllıqla yoxlanılır.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Onlayn şəkildə yığılır və yekun məlumatlar Mərkəzi Banka təqdim edilir.
|
18.6
|
Düzəlişlər
|
Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları" və məlumatlara yenidən baxılması reqlamentinə əsasən aparılır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur
|