|
Göstəricinin adı:
Tikilərək istifadəyə verilmiş yaşayış evlərinin sahəsinin artım tempinin əhalinin artım tempinə nisbəti
|
|
1
1
|
Əlaqə
|
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Sənaye və tikinti statistikası şöbəsi
|
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Elman Qasımzadə
|
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Sənaye və tikinti statistikası şöbəsinin müdiri
|
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
elman.gasimzade@stat.gov.az
|
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 377 10 70 (22-10)
|
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
11/3/2020
|
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
11/3/2020
|
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
17.03.2026
|
|
3
1
|
Statistik təqdimat
|
|
|
3.1
|
Məlumatların izahı
|
Tikilərək istifadəyə verilmiş yaşayış evlərinin sahəsinin artım tempinin əhalinin artım tempinə nisbəti
|
|
3.2
|
Təsnifat sistemi
|
Tələb olunmur
|
|
3.3
|
Əhatə edilən sektor
|
Respublika üzrə
|
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Tikilərək istifadəyə verilmiş yaşayış evlərinin sahəsinin və əhalinin artım tempi
|
|
3.5
|
Statistik vahid
|
İnzibati məlumat
|
|
3.6
|
Statistik məcmu
|
Azərbaycan Respublikası
|
|
3.7
|
İstinad zonası
|
Göstərici 2010-cu ildən etibarən hesablanır və həmin ildən etibarən dinamika mövcuddur.
|
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatlar 2015-ci ildən etibarən mövcuddur
|
|
3.9
|
Baza dövrü
|
2010
|
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
|
5
1
|
Hesabat dövrü
|
illik
|
|
6
1
|
İnstitusional mandat
|
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur.
|
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
|
|
7
1
|
Məxfilik
|
|
|
7.1
|
Məxfilik siyasəti
|
|
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
|
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur
|
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
|
|
9
1
|
Yayım tezliyi
|
illik
|
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
|
10.2
|
Nəşrlər
|
Dövlət Statistika Komitəsinin nəşrlərində əks olunur
|
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/construction/
|
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
|
10.5
|
Digər
|
Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər və beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.
|
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
|
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyət məruzəsi – http://www.stat.gov.az/menu/2/quality/
|
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf İldə 1 dəfədən az olmamaq şərti
ilə aparatın struktur bölmələrinin və yerli statistika orqanlarının əməkdaşları
üçün KİS-ə dair seminarlar təşkil olunur. 2010-cu və 2017-ci illərdə Avropa Statistika
Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad
Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli
Statistika Sisteminin Qlobal Qiymətləndirilməsi keçirilmişdir. Ekspertlərin
tövsiyələrinə uyğun olaraq bu sahə üzrə təkmilləşdirilmə işləri həyata keçirilməkdədir.
|
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
|
12
1
|
Aktuallıq
|
|
|
12.1
|
İstifadəçi tələbatları
|
|
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək
"İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu"
bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab
verirlər. Həmin onlayn sorğunun nəticələri ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2025-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
|
12.3
|
Dolğunluq
|
Həmçinin, istifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "istifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölüməsində suallara cavab verirlər. Bununla da istifadəçi məmnunluğunun ölçülməsi aparılır.
|
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
|
|
13.2
|
Seçmə xətası
|
|
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
|
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Ölkə üzrə
|
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
|
15.3
|
Sahələrarası uyğunluq
|
Əlaqəli statistika yoxdur.
|
|
15.4
|
Daxili uyğunluq
|
İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
|
|
16
1
|
Xərc və yük
|
Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
|
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Belə təcrübə mümkündür.
|
|
18
1
|
Statistik emal
|
|
|
18.1
|
İlkin məlumatlar
|
Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
|
18.4
|
Məlumatlara nəzarət
|
Tikilərək istifadəyə verilmiş yaşayış evlərinin sahəsinin artım tempinin əhalinin artım tempinə nisbəti üzrə məlumatlar 1-YET (əhali) №-li forma (Əhalinin vəsaiti hesabına tikilmiş yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin istismara verilməsi haqqında) və 1-investisiya №-li forma (Obyektlərin, əsas fondların istifadəyə verilməsi və əsas kapitala yönəldilmiş investisiyalar haqqında) hesabatlarından əldə olunmuş məlumatlar üzrə aparılır
|
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların kompiliyasiyası yoxdur.
|
|
18.6
|
Düzəlişlər
|
Online məlumat bazasına baxış zamanı müəyyən uyğunsuzluqlar aşkar edilərsə hesabat dövrü bitmədən yerli statistika orqanına və hesabatı təqdim edən hüquqi şəxslərə məlumat verilir və müvafiq düzəlişlər aparılır.
|
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|