Yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq
Göstərici 15.1.1 Meşə sahəsinin ümumi torpaq sahəsində xüsusi çəkisi


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
   15.1.1 Meşə sahəsinin ümumi torpaq sahəsində xüsusi çəkisi
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Meşə sahəsinin ümumi torpaq sahəsində xüsusi çəkisi
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Kənd təsərrüfatı statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Vaqif Rəsul 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu vagif.rasul@stat.gov.az 
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538-73-57; +99412 377-10-70 (22-24)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 30.08.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 30.08.2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 03.06.2025
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Meşəbərpa tədbirlərinin aparılması,meşələrin mühafizəsi və meşə təsərrüfatı işlərinin aparılması və meşə fondunda və başqa ərazilərdə baş vermiş meşə yanğınları barədə
3.2 Təsnifat sistemi

Məlumatlar bazasındakı milli rəqəmlər standart formata, təriflərə və hesabat illərinə uyğun olaraq ölkələrin özləri tərəfindən təqdim olunur və bununla da qlobal və milli rəqəmlər arasındakı fərqlər aradan qalxmış olur. Hesabat formatı ölkələrin ilkin məlumat mənbələri üçün tam istinad verməsini, eləcə də milli tərifləri və terminologiyanı təmin etməsini təmin edir. Hesabat formatında (ölkə hesabatlarında) ayrıca bölmələr verilənlərin təhlili (hesabat illəri üzrə hesablamalar və proqnozlar üçün istifadə edilən metodlar və hər hansı fərziyyələr), verilənlərin FAO-da olan rəsmi torpaq sahələri barədə verilənlərlə kalibrasiyası və məlumatların FAO-nun Qlobal Meşə Ehtiyatları Qiymətləndirmələrində istifadə olunan siniflər üzrə yenidən təsnifatlaşdırlımasını əks etdirir.

3.3 Əhatə edilən sektor Ölkə ərazisi
3.4 Statistik anlayışlar və təriflər

Göstəricinin dəqiq tərifini təmin etmək üçün, “meşə” və “ümumi torpaq sahəsi” anlayışlarının tərifini vermək lazımdır.


FAO-nun tərifinə əsasən “meşə” aşağıdakı kimi müəyyən olunur: “Hündürlüyü 5 metrdən artıq olan ağaclara malik olan, ağac örtüyü 10%-dən yuxarı olan və ya ağacların in situ bu normalara çata bildiyi, 0.5 hektardan artıq sahəni əhatə edən ərazi” Burayda əsasən kənd təsərrüfatı və ya şəhərdə torpaqdan istifadənin digər növləri üçün istifadə edilən torpaq sahəsi daxil edilmir. 
3.5 Statistik vahid Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi
3.6 Statistik məcmu "Azərbaycanda ətraf mühit"
3.7 İstinad zonası

FAO-ya ölkələr tərəfindən təqdim olunan bütün məlumatlar standart formaya uyğun olaraq ölkə hesabatı formasında təqdim olunur. Bu hesabata ilkin məlumatlar və istinad mənbələri və onların müxtəlif zaman kəsimlərində meşə sahəsini hesablamaq üçün necə istifadə edildiyini göstərən təsvirlər daxildir.

3.8 Vaxt əhatəliyi 2015
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik, yarımillik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Ölkə hesabatlarının FAO-nun qlobal kateqoriyalarına və təriflərinə uyğun olaraq necə hazırlanması və milli məlumatların necə çevrilməsi ilə bağlı müfəssəl metodologiya və göstərişlər “2015-ci il üzrə Meşə Ehtiyatlarının Qiymətləndirilməsi üçün ölkə hesabatlarına dair bələdçi” adlı sənəddə yer alır http://www.fao.org/3/a-au190e.pdf
6.2 Məlumatların təşkilatlararası bölgüsü Ədliyyə Nazirliyinin Qeydiyyat şöbələri tərəfindən tərtib edilən ölüm halları haqqında müvafiq+C30 aktlarda olan məlumatlarAzərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatları əsasında hazırlanır. 
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi avqust
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər "Azərbaycanda ətraf mühit"
10.3 Onlayn məlumat bazası https://www.stat.gov.az/source/agriculture/ 
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlar əlyetərli deyil.
10.5 Digər  İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər Metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
10.7 Keyfiyyət üzrə sənədlər Nəşr olunmuş və yayılmış rəsmi statistika məlumatlarında yol verilmiş səhvlərin düzəldilməsi qaydaları Statistik biznes-prosesin ümumi modeli (Azərbaycan versiyası, üçüncü redaksiya) Keyfiyyətin qiymətləndirilməsi üzrə məruzəyə dair standartlar və tövsiyələr Vahid inteqrəedilmiş metaməlumatların (SİMS 2.0) və onun əsasını təşkil edən keyfiyyət məruzələrinin (ESQRS 2.0) və metaməlumatların (ESMS 2.0) strukturu
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf 
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları  İldə bir dəfə kənd təsərrüfatı statistikası sahəsi (o cümlədən meşə, balıqçılıq və ovçuluq) üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. İstifadəçi tələbatının ödənilməməsi ilə bağlı hər hansı bir tələb daxil olduqda operativ şəkildə qiymətləndirilir və əgər həmin məlumatın əldə edilməsi aktual olduğda müvafiq prosedura keçdikdən sonra hənim məlumat növbəti illərdən rəsmi statistika hesabatına əlavə edilərək toplanır.
12.2 İstifadəçi məmnunluğu İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar.
12.3 Dolğunluq  Məlumatlar tam dolğundur və hər hansı dövr və ya sahə üzrə sual qarşıya çıxmamışdır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndirmə aparılmamışdır
13.2 Seçmə xətası Başdan-başa aparıldığından seçmə xətası hesablanmır.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Statistik işlər proqramı”na uyğun olaraq həyata keçirilir.
14.2 Tam vaxtında yerinə yetirmə “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Bütün ölkə ərazisini əhatə edir
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Digər sahə statistikası şöbələri tərəfindən yığılmadığından sahələrarası uyğunluq aparılmır.
15.4 Daxili uyğunluq Xüsusi mühafizə olunan ərazilərin sahəsi üzrə ilkin məlumatlarla dəqiqləşdirilmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər.
16 1 Xərc və yük
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar

FAO-ya ölkələr tərəfindən təqdim olunan bütün məlumatlar standart formaya uyğun olaraq ölkə hesabatı formasında təqdim olunur. Bu hesabata ilkin məlumatlar və istinad mənbələri və onların müxtəlif zaman kəsimlərində meşə sahəsini hesablamaq üçün necə istifadə edildiyini göstərən təsvirlər daxildir.

18.2 Məlumatların toplanması dövriliyi illik, yarımillik
18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət Məlumatların kompilyasiyası nəticələrinin monitorinqi və statistik nəticələrin keyfiyyətinin təmin edilməsi prosesi həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.