Yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq
Göstərici 15.8.1 İnvaziv yad növlərin qarşısının alınması və ya nəzarəti üçün müvafiq milli qanunvericiliyin mövcudluğu və kifayət qədər vəsaitin ayrılması
Azərbaycan Respublikasında invaziv yad növlərin
qarşısının alınması və onlara nəzərat məsələləri ilə bağlı hüquqi tənzimləmə
“Azərbaycan Respublikasının Meşə Məcəlləsi”, “Ətraf mühitin mühafizəsi
haqqında”, “Baytarlıq haqqında”, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan
Respublikasının qanunları, “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi
aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2006-cı il 7 dekabr tarixli 260 nömrəli və 2006-cı il 29 dekabr tarixli 280
nömrəli qərarları və s. əsasında həyata keçirilir. Bunlarla yanaşı, Azərbaycan
invaziv yad növlərlə mübarizə sahəsində “Bitki mühafizəsi haqqında”,
"Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının
yaradılması haqqında", “Bioloji müxtəliflik haqqında”, "Kökünün kəsilməsi
təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti
haqqında" və s. beynəlxalq konvensiyalara qoşulmuş, müxtəlif ölkələrlə
ikitərəfli sazişlər, memorandumlar və digər beynəlxalq sənədlər imzalamışdır.
Adları çəkilən sənədlərə uyğun olaraq ölkə ərazisində invaziv yad növlərin
qarşısının alınması və onlara nəzarət məqsədilə qabaqlayıcı tədbirlər həyata
keçirilir.
Ölkədə müxtəlif vaxtlarda icra olunmuş “Bioloji
müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair Milli Strategiya”lar əsasında
biomüxtəlifliyin qorunması, o cümlədən invaziv yad növlərlə mübarizə sahəsində
mühüm tədbirlər həyata keçirilmişdir.
Azərbaycan invaziv
yad növlərlə mübarizə və bioloji müxtəlifliyin qorunması sahəsində beynəlxalq təşkilatlarla
əməkdaşlıq edir və bu, göstərilən istiqamətdə ölkəmizin səylərini gücləndirməklə
yanaşı, maliyyə dəstəyi və təcrübə mübadiləsi imkanlarını artırır. İnvaziv yad
növlərlə mübarizə ilə əlaqədar “Kənd yerlərində ətraf mühitin mühafizəsi”,
“Torpaq deqradasiyasına doğru – neytral Azərbaycan”, “Azərbaycanda meşələr haqqında
bilik bazasının möhkəmləndirilməsi üçün meşə resurslarının monitorinqi və qiymətləndirilməsi”
layihələri qlobal ekoloji fondların maliyyə dəstəyi ilə həyata keçirilmişdir.
2024-cü ilin dövlət
büdcəsində nəticəəsaslı büdcə mexanizminin tətbiq olunduğu “Ətraf mühitin
mühafizəsi” sektoru üzrə “Bioloji müxtəlifliyin qorunması” proqramının həyata
keçirilməsi üçün 10835,5 min manat vəsait nəzərdə tutulmuşdur. Ölkəmiz 2025-ci
ildə yaşıl təşəbbüslərlə əlaqədar ümumilikdə 1,3 milyard manat vəsait ayırmağı
planlaşdırır.
Mənbə: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi
Qeyd: Göstarici BMT-nin DİM üzra global göstaricilar sisteminda "15.8.1 İnvaziv yad növlarin garşısıın alınması va ya nazarati üçün müvafig milli ganunvericiliyi qabul edan va kifayat gadar vasait ayıran ölkolarin xüsusi çakisi" kimi müayyen olunmuşdır. Göstericinin milli saviyyada tatbiqi invaziv yad növlarla mübariza sahasinda hüqugi bazanın va beynalxalq siyasata uyğun siyasatin formalaşdınılması, bu siyasatın hayata keçirilmasina yönalan faaliyyatlerin maliyyaleşdirilmasi ila bağlı vaziyyati saciyyalendirmak maqsədi daşıyır.