Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq.
Göstərici 16.1.1 Əhalinin hər 100 000 nəfərinə düşən qəsdən adam öldürmə qurbanlarının sayı, cins və yaş üzrə bölgüdə


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  16.1.1 Əhalinin hər 100 000 nəfərinə düşən qəsdən adam öldürmə qurbanlarının sayı, cins və yaş üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Əhalinin hər 100 000 nəfərinə düşən qəsdən adam öldürmə qurbanlarının sayı, cins və yaş üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Sosial statistika şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Elçin Hacı
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Sosial statistika şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu elchin.haji@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 538 90 12
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 29.08.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 29.08.2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 26.08.2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Bu göstərici qəsdən adam öldürmə qurbanlarının ümumi sayının əhalinin orta illik  sayına bölünməsi və hər 100 000 nəfər əhaliyə görə ifadə olunması kimi müəyyən edilir.
3.2 Təsnifat sistemi Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
3.3 Əhatə edilən sektor Dövlət idarəetməsi və hüquqpozmalar statistikası sektoru
3.4 Statistik anlayışlar və təriflər
Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə;                                     
Qəsdən:
- bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə;
- xuliqanlıq niyyəti ilə adam öldürmə;
- zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə;
- xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə;
- tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə;
- başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə;                                           
- iki və ya daha çox şəxsi öldürmə;
- təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə;
- təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə;
 - təkrar adam öldürmə;
 - quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə; 
 - milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə
3.5 Statistik vahid Qəsdən adam öldürmə qurbanlarının sayı hesablanarkən mövcud əhalinin orta illik sayına dair məlumatlardan istifadə olunur.
3.6 Statistik məcmu Göstəricinin əhatə etdiyi baş məcmu ilkin məlumatları təqdim edən hüquq-mühafizə orqanları
3.7 İstinad zonası Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəsmi statistik hesabatlar
3.8 Vaxt əhatəliyi Cinayətkarlığa dair toplu məlumatların nəticələri dinamika sıralarında bütün illər üzrə əks etdirilir.
3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi hər 100 000 nəfər
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
6.2 Məlumatların təşkilatlararası bölgüsü Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf 

7.2 Məxfi məlumatların işlənməsi  "Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Cinayətkarlıq və hüquqpozmalar haqqında məlumatlar Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur
8.3 İstifadəçi girişi Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
9 1 Yayım tezliyi Yarımillik, illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər Dövlət Statistika Komitəsinin nəşrlərində əks olunur
10.3 Onlayn məlumat bazası https://stat.gov.az/source/crimes/ 
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər
10.5 Digər  İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
10.6 Metodologiya üzrə sənədlər Cinayətkarlığa dair göstəricilərin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
10.7 Keyfiyyət üzrə sənədlər  Hüquqpozmalar statistikasının hesablanmasına dair keyfiyyət məruzəsi yazılmışdır.
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı

Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf 

11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur. 
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Beynəlxalq təşkilatlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sorğular əsasında yeni göstəricilərə olan tələbat müəyyənləşdirilir. Zərurət yarandığı halda bu məlumatların əldə edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən təqdim olunan hesabatlarda dəyişikliklər edilməsi üçün bu orqanlara müraciət edilir. Hesabatlar yolu ilə əldə edilə bilinməyən məlumatların alınması ilə bağlı seçmə müayinələr aparılır.
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 

12.3 Dolğunluq Cinayətkarlığa dair məlumatlar tam dolğundur və hər hansı dövr üzrə sual qarşıya çıxmamışdır.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik  Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
13.3 Qeyri-seçmə xətası

Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf   

14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Yerli statistika orqanları üçün statistik işlər proqramı”na əsasən cinayətkarlığın hesablanması hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunur. Əldə olunan ilkin məlumatlar dərhal təhlil olunur və bu təhlil əsasında ölkə üzrə cinayətkarlığa dair məlumatlar əldə olunur.
14.2 Tam vaxtında yerinə yetirmə Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Ölkə üzrə göstərici hesablanır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur.
15.4 Daxili uyğunluq İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərq yaranmır.
16 1 Xərc və yük Tətbiq olunmur.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır.Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
18 1 Statistik emal
18.1 İlkin məlumatlar  Cinayətkarlıq haqqında məlumatlar – hüquq-mühafizə orqanları tərəfindən DSK-ya təqdim olunan rəsmi statistika hesabatı formaları.
18.2 Məlumatların toplanması dövriliyi illik
18.3 Məlumatların toplanması  Məlumatlar hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə rəsmi statistika hesabatı formaları ilə təqdim edir.
18.4 Məlumatlara nəzarət Cinayətkarlıq haqqında məlumatların daha operativ və dəqiq əldə edilməsi üçün Dövlət Statistika Komitəsi göstəricilərin daha dəqiq və mükəmməl aparılması məqsədi ilə gələcəkdə bu sahənin proqramlaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam edir.
18.5 Məlumatların ümumiləşdirilməsi Cinayətkarlığa dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh Əlavə şərh yoxdur.