Göstəricinin adı:
Əhalinin hər 100 000 nəfərinə düşən insan alveri qurbanlarının sayı, cins, yaş və istismar formaları üzrə bölgüdə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Sosial statistika şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Elçin Hacı
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Sosial statistika şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
elchin.haji@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 90 12
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
29.08.2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
29.08.2018
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Bu göstərici ölkədə aşkar olunan və ya ölkədə yaşayan insan alveri qurbanlarının ümumi sayının ölkə əhalisinin orta illik sayına nisbəti kimi müəyyən olunur və hər 100 000 nəfər əhaliyə düşən sayla ifadə olunur.
|
3.2
|
Təsnifat sistemi
|
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
|
3.3
|
Əhatə edilən sektor
|
Dövlət idarəetməsi və hüquqpozmalar statistikası sektoru
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi iləcəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi
|
3.5
|
Statistik vahid
|
İnsan alveri qurbanlarının sayı hesablanarkən mövcud əhalinin orta illik sayına dair məlumatlardan istifadə olunur.
|
3.6
|
Statistik məcmu
|
Göstəricinin əhatə etdiyi baş məcmu ilkin məlumatları təqdim edən hüquq-mühafizə orqanları
|
3.7
|
İstinad zonası
|
Daxili İşlər Nazirliyinin təqdim etdiyi rəsmi statistik hesabatlar
|
3.8
|
Vaxt əhatəliyi
|
Cinayətkarlığa dair toplu məlumatların nəticələri dinamika sıralarında bütün illər üzrə əks etdirilir.
|
3.9
|
Baza dövrü
|
Sonuncu baza dövrü 2017-ci ildir.
|
4
1
|
Ölçü vahidi
|
hər 100 000 nəfər
|
5
1
|
Hesabat dövrü
|
Yarımillik, illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanunudur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Göstəricinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
"Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ilkin məlumatlar məxfi hesab edilir və yalnız icmal rəsmi statistik materialların istehsalı və ya müstəsna hallarda statistik vahidin anonimliyini təmin edilməklə (tanınmasına imkan verən vasitələr ləğv edilməklə) elmi məqsədlər üçün istifadə edilə bilər.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Cinayətkarlıq və hüquqpozmalar haqqında məlumatlar Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir.
|
9
1
|
Yayım tezliyi
|
Yarımillik, illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Dövlət Statistika Komitəsinin nəşrlərində əks olunur
|
10.3
|
Onlayn məlumat bazası
|
https://stat.gov.az/source/crimes/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər
|
10.5
|
Digər
|
İstifadəçi sorğularının cavablandırılması, elektron sorğular da daxil edilməklə veb saytın "e-xidmətlər" bölməsi. http://www.azstat.org/xidmetler/st_melumat/
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Cinayətkarlığa dair göstəricilərin hesablanmasına dair metodoloji tövsiyələr mövcuddur və metaməlumatlar bölməsində bununla bağlı məlumatlar verilmişdir.
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Hüquqpozmalar statistikasının hesablanmasına dair keyfiyyət məruzəsi yazılmışdır.
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Beynəlxalq təşkilatlardan, hüquqi və fiziki şəxslərdən daxil olan sorğular əsasında yeni göstəricilərə olan tələbat müəyyənləşdirilir. Zərurət yarandığı halda bu məlumatların əldə edilməsi məqsədilə hüquq-mühafizə orqanları tərəfindən təqdim olunan hesabatlarda dəyişikliklər edilməsi üçün bu orqanlara müraciət edilir. Hesabatlar yolu ilə əldə edilə bilinməyən məlumatların alınması ilə bağlı seçmə müayinələr aparılır.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək
"İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu"
bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab
verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Cinayətkarlığa dair məlumatlar tam dolğundur və hər hansı dövr üzrə sual qarşıya çıxmamışdır.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin “Yerli statistika orqanları üçün statistik işlər proqramı”na əsasən cinayətkarlığın hesablanması hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə təqdim olunur. Əldə olunan ilkin məlumatlar dərhal təhlil olunur və bu təhlil əsasında ölkə üzrə cinayətkarlığa dair məlumatlar əldə olunur.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Ölkə üzrə göstərici hesablanır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Statistikanın digər sahələrinin məlumatları ilə əlaqəsi yoxdur.
|
15.4
|
Daxili uyğunluq
|
İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında fərq yaranmır.
|
16
1
|
Xərc və yük
|
Tətbiq olunmur.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti Dovlət Statistika Komitəsinin Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır.Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə icrası məcburi olan göstərişlər verilir
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Cinayətkarlıq haqqında məlumatlar – hüquq-mühafizə orqanları tərəfindən DSK-nə təqdim olunan rəsmi statistika hesabatı formaları.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
Yarımillik, illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə rəsmi statistika hesabatı formaları ilə təqdim edir.
|
18.4
|
Məlumatlara nəzarət
|
Cinayətkarlıq haqqında məlumatların daha operativ və dəqiq əldə edilməsi üçün Dövlət Statistika Komitəsi göstəricilərin daha dəqiq və mükəmməl aparılması məqsədi ilə gələcəkdə bu sahənin proqramlaşdırılması və keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər davam edir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Cinayətkarlığa dair məlumatlarda redaktə xarakterli düzəlişlər aparılır. İşin xüsusiyyətinə əsaslanmaqla imputasiya aparılmır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|