Göstəricinin adı:
Hökm çıxarılmadan saxlanılan şəxslərin həbsdə olan şəxslərin ümumi sayında xüsusi çəkisi
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Dayanıqlı inkişaf statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
İlqar Vəliyev
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
ilgar.valiyev@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
(+99412) 377 10 70 daxili: 2251
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
(+99412) 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
03.04.2023
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
03.04.2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Göstərici şəxslərin məhkəməyədək dövrdə zərurət
olmadan həbs qətimkan tədbiri nəticəsində həbsdə saxlanılmaması prinsipinə
ümumi əməletməni vurğulayır.
|
3.2
|
Təsnifat sistemi
|
Tələb olunmur
|
3.3
|
Əhatə edilən sektor
|
Tətbiq edilmir
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
“Hökm
çıxarılmış” şəxslər dedikdə, cinayət prosedurlarına cəlb olunaraq səlahiyyətli
orqan tərəfindən məhkum edilmə və ya bəraət haqqında qərar almış şəxslər nəzərdə
tutulur. Bu göstəricinin məqsədləri üçün, barəsində “qeyri-qəti” qərar
çıxarılmış (məsələn, hökmə qarşı appelyasiya şikayəti verilə bilər) şəxslər
“hökm çıxarılmış” şəxslər hesab olunur.
|
3.5
|
Statistik vahid
|
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
3.6
|
Statistik məcmu
|
Tətbiq edilmir.
|
3.7
|
İstinad zonası
|
Ölkə üzrə.
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatlar 2015-ci ildən etibarən mövcuddur
|
3.9
|
Baza dövrü
|
Məlumatlar 2015-ci ildən etibarən mövcuddur
|
4
1
|
Ölçü vahidi
|
Tətbiq edilmir
|
5
1
|
Hesabat dövrü
|
İllik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Təriflər və
digər metadatalar BMT-nin Cinayət Tendensiyaları Sorğusunun (BMT-CTS) Həbsdə
saxlanılan şəxslər barədə məlumatların toplanmasına dair Təlimatında təqdim
olunur, həmçinin, nümunəvi məlumat toplama vərəqələri BMT-nin Cinayət Ədliyyəsi
Statistikası Sisteminin Hazırlanması üzrə təlimatında təqdim olunur, eləcə də
uşaqlar üzrə bu sənədlər UNODC/YUNİSEF-in Yeniyetmələr üzrə Ədalət Mühakiməsi
Göstəricilərinin Ölçülməsi üzrə Təlimatında təqdim olunur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən toplanılır.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
|
8.3
|
İstifadəçi girişi
|
“Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
|
9
1
|
Yayım tezliyi
|
İllik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
“Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı statistik məcmuədə əks olunmuşdur və elektron versiyası Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
|
10.3
|
Onlayn məlumat bazası
|
sdg.azstat.gov.az
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.5
|
Digər
|
Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
https://unstats.un.org/sdgs/metadata/files/Metadata-16-03-02.pdf
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər
www.stat.gov.az rəsmi sayt ünvanına girərək
"İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu"
bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab
verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Tətbiq edilmir.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Müqayisə aparılmır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2016-cı ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Əlaqəli statistika yoxdur.
|
15.4
|
Daxili uyğunluq
|
Müqayisə aparılmır.
|
16
1
|
Xərc və yük
|
Tətbiq edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Tətbiq edilmir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Tətbiq edilmir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
İlkin məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin məlumatları əsasında toplanır.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
illik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məktubla poçt vasitəsi ilə DSK-ya göndərilir.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatlar şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa məlumatı təqdim edən müvafiq nazirlik, komitə və ya baş idarə bu barədə məlumatlandırılır, müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların ümumiləşdirilməsi aparılmır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|