Göstəricinin adı:
Hökumətin ilkin xərclərinin ilkin təsdiq edilmiş büdcə xərclərində xüsusi çəkisi, sektorlar (büdcə təsnifatının kodları və ya analoji kateqoriyalar üzrə) üzrə bölgüdə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Nuru Süleymanov
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
nuru.suleymanov@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 74 50
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
03.08.2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
03.08.2018
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
İlkin təsdiq olunmuş büdcədə hökumətin əsas xərclərinin xüsusi çəkisi. Bu göstərici məcmu büdcə xərclərinin hökumətin büdcə sənədlərində və fiskal hesabatlarında müəyyən olunan qaydada ilkin olaraq təsdiqlənmiş məbləği nə dərəcədə əks etdirdiyini ölçür. Göstəricidə büdcədən maliyyələşən mərkəzi hökumət (BMH) əhatə olunur. Əhatə olunan müddət isə son üç tamamlanmış maliyyə ilindən ibarətdir.
|
3.2
|
Təsnifat sistemi
|
Büdcə xərclərinin təsnifləşdirilməsi üçün BVF-nin “Dövlət Maliyyəsi Statistikasına dair Metodoloji Vəsaitin təsnifatlarına əsaslanan Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı tətbiq edilir.
|
3.3
|
Əhatə edilən sektor
|
Göstərici hökumət büdcələrinin etibarlılığını təsvir edir: hökumətlər planlaşdırdıqları qədər xərcləyirmi və əvvəldən müəyyən etdiklərini toplaya bilirmi? Bu sadə və intuisiyaya əsaslanan göstəricidir, asan anlaşılır və metodologiyası şəffafdır. Bundan başqa, hər bir qiymət asanlıqla yoxlana bilər. Dövlət idarəetməsi sektorunun Mərkəzi hökumət altsektoru (Dövlət Neft Fondu, Dövlət Sosial Müdafiə Fondu istisna olmaqla).
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Məcmu xərclərə faktiki xərclər və onların tərkibində planlaşdırılmayan və fövqəladə hadisələr (məsələn, silahlı münaqişələr və ya təbii fəlakətlər) nəticəsində baş verən faktiki xərclər daxildir. Gözlənilməyən gəlirlər, o cümlədən özəlləşdirmə ilə maliyyələşdirilən xərcləmələr köməkçi fiskal cədvəllərə və təsviri hesabatlara daxil edilməli və qeyd olunmalıdıdır. Kənardan kredit və ya qrantlar vasitəsilə maliyyələşdirilən xərcləmələr, əgər büdcədən maliyyələşdirilirsə, borca əlavə olunan faizlə birlikdə daxil edilməlidir. Aralıq (balanslayıcı) hesablara təyin olunan xərcləmələr məcmu xərcləmələrə daxil edilmir. Lakin, əgər məbləğlər hesaba təsir edə biləcək (əgər hesablamalara daxil edilərsə) istənilən ilin sonunda həmin aralıq (balanslaşdırıcı) hesablarda saxlanılarsa, o zaman onlar daxil edilir. Belə hallarda, daxil edilmənin səbəb(lər)i aydın şəkildə bildirilməlidir.
|
3.5
|
Statistik vahid
|
Dövlət büdcəsinin xərclərinə dair məlumatlar inzibati mənbədən (Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən) ümumiləşdirilmiş şəkildə əldə edilir və statistik vahid məfhumu tətbiq edilmir.
|
3.6
|
Statistik məcmu
|
Dövlət büdcəsinin xərclərinə dair məlumatların inzibati mənbədən ümumiləşdirilmiş şəkildə əldə edildiyinə görə bu göstərici kontekstində statistik məcmu konsepsiyası tətbiq edilmir..
|
3.7
|
İstinad zonası
|
Ümumilikdə ölkə üzrə hesablanır
|
3.8
|
Vaxt əhatəliyi
|
1991-ci ildən son hesabat dövrünədək vaxtı əhatə edən dinamika sıraları mövcuddur.
|
3.9
|
Baza dövrü
|
Dövlət büdcəsinin xərclərinə dair məlumatlar nominal ifadədə dərc edilir və baza dövrü konsepsiyası tətbiq edilmir.
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Beynəlxalq təşkilatlar və yerli istifadəçilər
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Dövlət Statistika Komitəsi ilkin məlumatların məxviliyinə zəmanət verir.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Yayım təqvimi Komitənin internet səhifəsində mövcuddur.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.
|
8.3
|
İstifadəçi girişi
|
https://www.stat.gov.az/source/finance/; https://www.stat.gov.az/menu/13/
|
9
1
|
Yayım tezliyi
|
Aylıq və illik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
"Azərbaycan Respublikası Dövlət Büdcəsinin icrasına dair illik hesabat"
|
10.3
|
Onlayn məlumat bazası
|
https://www.stat.gov.az/source/finance/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş yalnız xüsusi hallarda Dövlət Statistika Komitəsinin rəhbərliyinin icazəsi ilə rəsmi statistika haqqında qanuna uyğun şəkildə verilə bilər.
|
10.5
|
Digər
|
Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı əsasında hazırlanır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Dövlət büdcəsinin xərclərinə dair məlumatlar Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatına uyğun formalaşdırılır.
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İstifadəçilər göstəricilərin dolğun, davamlı və müqayisə edilə bilən dinamika sıralarının mövcudluğunda maraqlıdırlar
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək
"İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu"
bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab
verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatı
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Məlumatlar Maliyyə Nazirliyi tərəfindən yığılır və hazırlanır.
|
13.2
|
Seçmə xətası
|
Mövcud deyildir.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Dövlət büdcəsinin xərcləri haqqında aylıq məlumatlar hesabat dövründən sonra 45 gün ərzində artan yekunla Maliyyə Nazirliyinin məlumatları əsasında hazırlanaraq yayılır. İllik məlumatlar hesabat dövründən sonrakı il iyulun 30-dək hazırlanaraq yayılır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Göstərici haqqında məlumatlar vaxtlı-vaxtında statistik işlər proqramının təqviminə əsasən hazırlanır
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Müqayisəlilik təmin edilir
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Məlumatlar ümumiləşdirilmiş şəkildə Maliyyə Nazirliyi tərəfindən təqdim olunur və Dövlətstatkomda sahələrarası uyğunluğa nəzarət edilmir.
|
15.4
|
Daxili uyğunluq
|
Məlumatların daxili uyğunluğuna nəzarət edilir.
|
16
1
|
Xərc və yük
|
Respodentlərə ödəniş edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılmasıreqlamenti” üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir..
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
"Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti". http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Büdcə xərclərinə dair yanvar-dekabr ayları üzrə ilkin məlumatlar növbəti ilin iyul ayının 30-da dəqiqləşdirilir.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
Məlumatlar aylıq və illik dövrləri əhatə edir.
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatların işlənməsi prosesində riyazi nəzarət həyata keçirilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Mənbə məlumatları əsasında müxtəlif xərc maddələrinin xərclərin ümumi həcmində və ÜDM-də xüsusi çəkiləri, əvvəlki ilin eyni dövrünə nisbətən artım sürətinə dair məlumatlar hesablanır.
|
18.6
|
Düzəlişlər
|
Mənbə məlumatlarına heç bir düzəliş edilmir.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|