Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq.
Göstərici 16.10.2 Vətəndaşların informasiyaya çıxışı ilə bağlı qəbul olunmuş və qüvvədə olan konstitusion, qanunverici və/və ya siyasi zəmanətlərin mövcudluğu

Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsi ilə hər kəsin fikir və söz azadlığı təmin edilir. Bundan əlavə, Konstitusiyanın 50-ci maddəsinə uyğun olaraq hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Belə ki, ölkə Konstitusiyasının 50-ci maddəsi ilə təsbit olunmuş məlumat əldə etmək hüququnun sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında təmin edilməsinin hüquqi əsasları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmişdir.

Hər kəsin məlumat əldə etmək üçün müraciət etmək hüququ vardır ki, məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlər “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydaları, habelə mətbuatın, informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru-dürüst və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsasları “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Belə ki, kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Mənbə: Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Qeydlər:
BMT-nin DİM üzrə qlobal göstəricilər sistemində göstərici “16.10.2 Vətəndaşların informasiyaya çıxışını təmin edən konstitusion, qanunverici və/və ya siyasi zəmanətləri qəbul və tətbiq edən ölkələrin sayı” kimi müəyyən edilmişdir. Göstəricinin milli səviyyədə tətbiqi sözügedən sahədə konstitusiya və müvafiq qanunların mövcudluğunu nəzərdə tutur. 


  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Vətəndaşların informasiyaya çıxışı ilə bağlı qəbul olunmuş və qüvvədə olan konstitusion, qanunverici və/və ya siyasi zəmanətlərin mövcudluğu
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Dayanıqlı inkişaf statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs İlqar Vəliyev 
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu ilgar.valiyev@stat.gov.az 
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 377 10 70 (daxili 2251)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi (+99412) 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 10.03.2023
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 10.03.2023
2.3 Metaməlumatların son yenilənməsi tarixi 26.08.2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı

Bu göstərici əsas diqqəti ictimaiyyətin informasiyaya çıxışını təmin edən konstitusional, qanunvericilik  və/və ya siyasi zəmanətlərin qəbul və icra vəziyyətinə yetirir. Tərif birbaşa “ictimaiyyətin informasiyaya çıxışı” ilə bağlıdır ki, bu da, əsas azadlıqlar olan ifadə və birləşmək azadlıqlarına əsaslansa da, bununla məhdudlaşmır. Bu azadlıqların hər ikisi ictimaiyyətin informasiyaya çıxışını təmin edən mühitə təsir göstərir.

3.2 Təsnifat sistemi Tətbiq edilmir.
3.3 Əhatə edilən sektor Milli insan hüquqları institutu (məs. milli insan hüquqları komissiyaları, insan hüquqları ombudsmanı institutları, qarışıq tipli təsisatlar, konsultativ və məşvərətçi qurumlar, institutlar və mərkəzlər və çoxsaylı təsisatlar)
3.4 Statistik anlayışlar və təriflər “İctimaiyyətin informasiyaya çıxışı” dedikdə, “informasiyanın vətəndaşlara və digərlərinə çatdırılması üçün istifadə edilən sağlam sistemin olması” başa düşülür. Bu cür sistem informasiyanın fərdlər üçün əlçatan olmasına təsir edən əqli, fiziki və sosial elementlərin kombinasiyasından ibarətdir. 
3.5 Statistik vahid Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
3.6 Statistik məcmu Tətbiq edilmir.
3.7 İstinad zonası Ölkə üzrə.
3.8 Vaxt əhatəliyi Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
3.9 Baza dövrü Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
4 1 Ölçü vahidi Tətbiq edilmir.
5 1 Hesabat dövrü İllik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) və Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRİ) Akkreditasiya üzrə Alt-Komitəsi
6.2 Məlumatların təşkilatlararası bölgüsü Məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən toplanılır.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
7.2 Məxfi məlumatların işlənməsi Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
8.2 Yayım təqviminə giriş Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
8.3 İstifadəçi girişi “Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
9 1 Yayım tezliyi

İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər “Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı statistik məcmuədə əks olunmuşdur və elektron versiyası Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3 Onlayn məlumat bazası sdg.azstat.gov.az 
10.4 Mikroməlumatlara giriş Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
10.6 Metodologiya üzrə sənədlər Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://unstats.un.org/sdgs/metadata/files/Metadata-16-10-02.pdf
10.7 Keyfiyyət üzrə sənədlər Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf 
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur. 
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
12.2 İstifadəçi məmnunluğu İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 
12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır.
13.2 Seçmə xətası

Tətbiq edilmir.
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf 
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır. 
14.2 Tam vaxtında yerinə yetirmə Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisə aparılmır.
15.2 Vaxt üzrə müqayisəlilik Tətbiq edilmir.
15.3 Sahələrarası uyğunluq Əlaqəli statistika yoxdur.
15.4 Daxili uyğunluq Müqayisə aparılmır.
16 1 Xərc və yük Tətbiq edilmir.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Tətbiq edilmir.
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi Tətbiq edilmir.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar
İlkin məlumatlar Dövlət Statistika Komitəsinin məlumatları əsasında toplanır.
18.2 Məlumatların toplanması dövriliyi Məlumatlar illik dövrilikdə toplanılır.
18.3 Məlumatların toplanması Məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən toplanır.
18.4 Məlumatlara nəzarət Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatlar şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa məlumatı təqdim edən müvafiq nazirlik, komitə və ya baş idarə bu barədə məlumatlandırılır, müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Məlumatların ümumiləşdirilməsi aparılmır.
18.6 Düzəlişlər Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh

Əlavə şərh yoxdur.