Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək.
Göstərici 17.1.1 Ümumi dövlət gəlirlərinin ÜDM-də xüsusi çəkisi, mənbələr üzrə bölgüdə


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  17.1.1 Ümumi dövlət gəlirlərinin ÜDM-də xüsusi çəkisi, mənbələr üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: Ümumi dövlət gəlirlərinin ÜDM-də xüsusi çəkisi, mənbələr üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nuru Süleymanov
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nuru.suleymanov@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi  +99412 377 10 70 (22-15)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi  +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 01.04.2021
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 01.04.2021
2.3 Metaməlumatların son yenilənməsi tarixi 26.08.2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Dövlət Statistika Komitəsinə aylıq və illik dövriliklə təqdim olunan "3 nömrəli əlavə" adlı hesabata əsasən dövlət büdcəsinin gəlirlərinin  Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin hesabladığı ÜDM-ə olan faiz nisbəti
3.2 Təsnifat sistemi
Azərbaycan Respublikasının  Vahid Büdcə Təsnifatı
Dövlət Maliyyəsi Statistikası 2014 (Government Finance Statistics Manual 2014),  
Classification of the Functions of Government - COFOG 
3.3 Əhatə edilən sektor MHS 2008 metodologiyasına əsasən Dövlət idarəetmə sektoru (S13)
3.4 Statistik anlayışlar və təriflər Dövlət büdcəsinin gəlirləri - Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.
3.5 Statistik vahid Hüquqi və fiziki şəxslər 
3.6 Statistik məcmu Vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər
3.7 İstinad zonası Ölkə üzrə
3.8 Vaxt əhatəliyi 1990-cı ildən bəri dinamikası aparılır.
3.9 Baza dövrü 1995-ci ildən bəri
4 1 Ölçü vahidi manatla
5 1 Hesabat dövrü aylıq və illik dövriliklə
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanunu
6.2 Məlumatların təşkilatlararası bölgüsü Maliyyə Nazirliyi tərəfindən DSK-ya təqdim olunur.
7 1 Məxfilik
7.1 Məxfilik siyasəti “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf 
7.2 Məxfi məlumatların işlənməsi Məxvi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata  keçirilir və məlumatlar  Komitənin rəsmi internet səhifəsində yerləşdirilir.
8.2 Yayım təqviminə giriş
Statistik məlumatlaKomitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
8.3 İstifadəçi girişi
Dövlət Statistika Komitəsinin 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Rəsmi statistik məlumatların yayılması sahəsində siyasət" adlı sənədə əsasən Dövlətstatkomun müvafiq
sahədə fəaliyyətlərini müəyyən edən rəsmi statistik məlumatların yayılması üzrə siyasəti
açıqlanır. https://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi İllik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat "Sosial, iqtisadi inkişaf" adlı aylıq statistik məcmuədə və komitənin digər statistik məcmuələrində nəşr edilir.
10.2 Nəşrlər Komitənin rəsmi internet səhifəsində "Statistik nəşrlər" bölməsinin  "Bülletenlər və bukletlər" alt bölməsinin "Nəşrlərin e-versiyası" hissəsində  "Dayanıqlı inkişaf məqsədləri" adlı məcmuədə nəsr olunur
10.3 Onlayn məlumat bazası sdg.azstat.gov.az 
10.4 Mikroməlumatlara giriş Mikroməlumatlara giriş qadağandır. Yalnız Komitənin 13 iyun 2011-ci il tarixində təsdiq etdiyi “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na  uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
10.5 Digər İstifadəçi  https://www.azstat.org/xidmetler/st_melumat/ linkindən də istifadə edə bilər.
10.6 Metodologiya üzrə sənədlər Dövlət büdcəsinin gəlirlərilərinə dair məlumatlar Azərbaycan Respublikasının Vahid Büdcə Təsnifatına uyğun formalaşdırılır.
10.7 Keyfiyyət üzrə sənədlər Rəsmi statistika məlumatlarının istehsalı və yayılması üzrə İSO sertifikatı verilib.
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf 
11.2 Keyfiyyət qiymətləndirilməsi Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur. 
12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları İstifadəçilər göstəricilərin dolğun, davamlı və müqayisə edilə bilən dinamika sıralarının mövcudluğunda maraqlıdırlar
12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 

12.3 Dolğunluq Məlumat tam dolğun əhatə olunur
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik  Məlumatların ümumi dəqiqliyi yüksək səviyyədədir.
13.2 Seçmə xətası  Mövcud deyildir. (3.5-ci bəndə bax)
13.3 Qeyri-seçmə xətası Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf 
14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi ilə bağlı məlumatlar dəqiqləşdirilir.
14.2 Tam vaxtında yerinə yetirmə Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi ilə bağlı məlumatların  hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik Müqayisəlilik təmin edilir
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar 2015-ci ildə mövcud və dinamika sıralarında fasilələr müşahidələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq Sahələrarası uyğunluğa nəzarət edilir.
15.4 Daxili uyğunluq  Məlumatların daxili uyğunluğuna nəzarət edilir.
16 1 Xərc və yük  Mövcud deyildir
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti Məlumatların dəqiqləşdirilməsi Dövlət Statistika Komitəsinin 04.04.2012-ci il tarixli 58/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamentinə uyğun aparılır. Bu sənəd ictimaiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
Hesabat məlumatları dərhal yoxlanılır, səhvlər aşkar edildikdə düzəlişlər aparılır və bu barədə statistik vahidə 
icrası məcburi olan göstərişlər verilir
18 1 Statistik emal
18.1 İlkin məlumatlar Maliyyə Nazirliyi tərəfindən DSK-ya təqdim olunan 3 nömrəli əlavəyə əsasən
18.2 Məlumatların toplanması dövriliyi rüblük və illik dövriliklə
18.3 Məlumatların toplanması Məlumatlar kağız və kompakt disk formasında əldə olunur.
18.4 Məlumatlara nəzarət  Məlumatların işlənməsi prosesində riyazi nəzarət həyata keçirilir.
18.5 Məlumatların ümumiləşdirilməsi Mənbə məlumatları əsasında müxtəlif gəlir növlərinin ümumi gəlirlərdə və ÜDM-də xüsusi çəkiləri, əvvəlki ilin eyni dövrünə nisbətən artım sürətinə dair məlumatlar hesablanır.
18.6 Düzəlişlər Düzəlişlər Dövlət Statistika Komitəsi tərəfindən təsdiq olunmuş "Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldıırlması qaydaları" və məlumatlara yenidən baxılması reqlamentinə əsasən adlı metodoloji tövsiyyəyə uyğun olaraq aparılır
19 1 Şərh  Əlavə şərh yoxdur.