Göstəricinin adı:
Azərbaycanın ixracının dünya ixracında xüsusi çəkisi, ixrac olunan əmtəələrin növləri üzrə bölgüdə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Ticarət statistika şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Aida İbrahimova
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Ticarət statistika şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
aida.ibrahimova@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538-77-25; +99412 377-10-70 (22-60)
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
19.02.2020
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
19.02.2020
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
05.06.2025
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
İnkişaf etməkdə olan ölkələrin və ən zəif inkişaf etmiş ölkələrin dünya ixracatında xüsusi çəkisi
|
3.2
|
Təsnifat sistemi
|
Harmonlaşdırılmış sistem (HS): Ticarətdə dövr edən məhsulları kateqoriyalar üzrə təsnifləşdirmək üçün istifadə olunan beynəlxalq təsnifatdır.
|
3.3
|
Əhatə edilən sektor
|
İqtisadiyyatın bütün sahələri.
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
İnkişaf etməkdə olan ölkələrin və ən zəif inkişaf etmiş ölkələrin ixracatının artımını izləməyə imkan verir. Qlobal ixracatda xüsusi çəkilərdən istifadə qlobal ixracatla müqayisəli şəkildə inkişaf etməkdə olan və ən zəif inkişaf etmiş ölkələrin ixracatının nisbi həcmi barədə məlumat təmin edir.
|
3.5
|
Statistik vahid
|
İxrac göstəriciləri üçün lazım olan məlumatlar ixracla məşğul olan bütün hüquqi və fiziki şəxslərdən ölkə sərhəddini keçərkən toplanılır
|
3.6
|
Statistik məcmu
|
İxracın əhatə etdiyi baş məcmu xarici ticarətdir. İxracla məşğul olan bütün hüquqi və fiziki şəxslərdən başdan-başa metodla məlumatlar əldə edilir.
|
3.7
|
İstinad zonası
|
İxrac məlumatları həmin məhsulların ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərin gömrük bəyannamələri məlumatlarına əsaslanır. İxracda ümumi ticarət uçotu sistemi tətbiq olunur və bu zaman ölkənin statistik ərazisindən aprılan bütün malların uçotu aparılır.
|
3.8
|
Vaxt əhatəliyi
|
2000-ci ildən ən son ilə qədər illik məlumatlar
|
3.9
|
Baza dövrü
|
Baza dövrü 2015-ci il
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumatın hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Gömrük bəyannaməsinin xarici iqtisadi fəaliyyət iştirakçısı ilə bağlı məlumatları məxfi (konfidensial) sayılır. Məxfilik və konfidensiallıq rejiminin tətbiqi nəticəsində gömrük statistikası göstəricilərinin təhrif olunmasının qarşısını almaq, habelə gömrük statistikasının tamlığını təmin etmək məqsədi ilə məxfi və konfidensial məlumatlar ümumi yekunda nəzərə alınmaqla Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasında ayrıca mal kodu səviyyəsində göstərilmir.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat təhlili məruzə və məcmuədə əks etdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. (http://www.stat.gov.az/menu/4/publications/)
|
8.3
|
İstifadəçi girişi
|
Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamı ilə təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
|
9
1
|
Yayım tezliyi
|
İllik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Bu göstərici haqqında mətbuata məlumat təqdim edilmir.
|
10.2
|
Nəşrlər
|
İxraca dair məlumatlar “Azərbaycanın xarici ticarət əlaqələri” adlı rüblük bülletendə, “Azərbaycanın xarici ticarəti” statistik məcmuəsində əks olunur. Nəşrlərdə müxtəlif kodlar səviyyəsində məhsullarının ixracı haqqında, ixracın əmtəə strukturu, ixrac olunan əsas malların dinamikası və müxtəlif ölkələrdən ixraca dair məlumatlar öz əksini tapmışdır.
|
10.3
|
Onlayn məlumat bazası
|
http://www.stat.gov.az/source/trade/ linkinə daxil olub "Xarici iqtisadi fəaliyyət" bölməsində aktivləşdirilən müxtəlif başlıqlı göstəricilər sistemi, "Nəşrlərin elektron versiyaları" bölməsində "Azərbaycanın xarici ticarəti" məcmuəsi, Bununla yanaşı, http://www.stat.gov.az/menu/13/; http://www.stat.gov.az/menu/14/ statistik məlumat bazalarındakı gostəricilərdən də istifadə etmək mümkündür.
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər.
|
10.5
|
Digər
|
Məlumatlar MDB Statistika Komitəsinin "MDB ölkələrinin xarici ticarəti" adlı illik məcmuəsində nəşr olunur. MDB Statistika Komitəsi tərəfindən göndərilmiş aylıq və rüblük cədvəllərdə əsas malların ixracına dair göstəricilər də tərtib edilərək təqdim edilir. BMT-nin Statistika şöbəsinə və AVROSTAT-a göndərilən məlumat bazasında müxtəlif səviyyələrdə ixraca dair məlumatlar mövcuddur.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Əmtəə ticarəti üzrə məlumatlar zaman sıraları boyunca (2000-ci ildən bu günə) ardıcıl olsa da, xidmət ticarətində 2005-ci ilə qədərki məlumatların harmonlaşdırılması ilə əlaqəli çətinliklər ola bilər. 2005-ci ilə qədərki məlumatlar 5-ci tədiyyə balansı Təlimatına uyğun olaraq təqdim olunur. 2005-ci ildən sonra məlumatlar Tədiyyə Balansı Təlimatının 6-cı buraxılışında müəyyən olunan kateqoriyalara və prinsiplərə uyğun olaraq çevrilmişdir.
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Xarici ticarət statistikasına dair keyfiyyət məruzəsi, (20.04.2013). Komitənin 2016-cı il 27 dekabr tarixli 24/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Keyfiyyətin idarə edilməsi sistemi" sənəd toplusu mövcuddur.
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İstifadəçilərin statistik məlumatlara olan tələbatları ixrac olunan məhsullara görə də müxtəlifdir. Belə ki, ixrac göstəricilərindən tədiyə balansının tərtibatında, ölkənin sosial-iqtisadi inkişafına dair təhlillərin aparılması zamanı, əhalinin kənd təsərrüfatı məhsulları ilə dayanıqlı şəkildə təminatına dair, proqnoz məlumatların hazırlanmasında, elmi-tədqiqat məqsədləri üçün ixrac göstəricilərinə tələbat yaranır və tələbat tam şəkildə ödənilir. İstifadəçi tələbatları sırasında- Prezident Administrasiyasını, Nazirlər Kabinetini, Milli Məclisin Aparatını, Xarici İşlər Nazirliyini, Mərkəzi Bankı, İqtisadiyyat Nazirliyini, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərini, xarici ölkələrin respublikamızdakı bir sıra səfirliklərini, beynəlxalq təşkilatlardan- BMT-nin Statistika şöbəsini, Avrostatı, Beynəlxalq Valyuta Fondunu, Beynəlxalq Yol Təşkilatını, İslam Əməkdaşlıq Təşkilatının Katibliyini, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq təşkilatını, bir sıra xarici və daxili sahibkarlıq subyektlərini, elmi-tədqiqat qurumlarını, bir çox tələbə, magistrant və fiziki şəxsləri göstərmək olar.
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər
www.stat.gov.az rəsmi sayt ünvanına girərək
"İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu"
bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab
verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2024-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar.
|
12.3
|
Dolğunluq
|
İxrac göstəriciləri tam dolğundur və hər hansı bir dövr və ya sahə üzrə idxalın hesablanması ilə bağlı sual qarşıya çıxmamışdır.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının aparılması
Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3
nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların
təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Ticarət statistikası şöbəsinin işlər planına uyğun olaraq DGK-dan ilkin məlumatlar hesabat ayının 15-25-i aralığında alınır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
İxrac göstəricilərinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Tərəfdaş ölkələrin göstəricilərində fərqlərin olması müxtəlif səbəblərdən irəli gələ bilər, belə ki, göstəricilərin əhatəliliyinin fərqli olması, məsələn, xarici ticarət üzrə gömrük statistikasına daxil edilən və daxil edilməyən malların siyahısının üst-üstə düşməməsi, təsnifatda eyni malın interpretasiyasının müxtəlifliyi, eyni malların statistik dəyərinin müxtəlifliyi, məxfi göstəricilərin uçot prinsiplərinə yanaşmanın müxtəlifliyi, statistik müşahidənin həddinin təyin edilməsinin müxtəlifliyi, ticarətin müxtəlif uçot sisteminin tətbiq edilməsi, tərəfdaş ölkənin təyin edilməsində müxtəlif meyarların tətbiq edilməsi, malların düzgün bəyan edilməməsi, özünün adı və ya Xarici İqtisadi Fəaliyyətin Mal Nomenklaturasının (XİFMN) müvafiq kodu ilə verilməməsi və ya malların mənşə ölkəsinin düzgün göstərilməməsi. Dövlətin xarici ticarət üzrə gömrük statistikası göstəricilərinin düzgünlüyünün artırılması və onların beynəlxalq müqayisəliliyinin təmin edilməsi məqsədilə tərəfdaş ölkələrlə göstəricilər mübadiləsi aparılır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildə mövcud və dinamika sıralarında fasilələr müşahidələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Tədiyə balansının hesablanması zamanı fiziki şəxslər tərəfindən (müəyyənləşdirilmiş məbləğə qədər) ixrac olunan, lakin bəyan olunmayan malların metodologiyaya uyğun olaraq hesablanıb məlumatlara daxil edilməsidir.
|
15.4
|
Daxili uyğunluq
|
Dinamika sıralarında dəyişikliklər edilir, nəşr edilmiş məlumatlar dəstində uyğunsuzluqlara yol verilmir.Milli hesablarla uyğunluq var.
|
16
1
|
Xərc və yük
|
Tətbiq olunmur.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Qlobal məlumatlar beynəlxalq təşkilatlar tərəfindən unikal hesablanır. Milli səviyyədə məlumatlar milli orqanlar və statistika idarələri tərəfindən təmin olunduğu kimi istifadə edilir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Mövcuddur.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
İlkin məlumatlar, inzibati mənbədən- Dövlət Gömrük Komitəsindən (DGK) daxil olan ixracla məşğul olan hüquqi və fiziki şəxslərin gömrük bəyannamələrinə əsasən formalaşan məlumat bazasıdır.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
İllik dövrilikdə aparılır.
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
İlkin məlumatların keyfiyyətinə daim nəzarət edilir və mütəmadi olaraq məlumatların dürüstlüyü yoxlanılır. Tətbiq edilən proqram təminatının nəzarət prosedurları yekun məlumatlar üzrə daxili uyğunluğu (mallar üzrə, ölkələr üzrə, nəqliyyat növləri üzrə) təmin edir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|