Göstəricinin adı:
Beynəlxalq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi, cins, yaş, məşğulluq statusu və yaşayış yeri (şəhər/kənd) üzrə bölgüdə
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Həyat keyfiyyətinin statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
Yaşar Paşa
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Həyat keyfiyyətinin statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 538 77 29
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
+99412 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
31.08.2018
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
18.01.2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Yoxsulluq – yaşamaq üçün zəruri olan ərzaq, qeyri-ərzaq və xidmətlərin minimum toplusunun istehlakını, eləcə də iş qabiliyyətinin saxlanmasını ödəyə bilməyən fərdin və ya sosial qrupun iqtisadi vəziyyətinin xarakteristikasıdır.
|
3.2
|
Təsnifat sistemi
|
Ev təsərrüfatlarında şəxsi (fərdi) istehlak məqsədləri üçün istifadə edilən mal, məhsul və xidmətlərin təsnifatı COICOP. http://www.azstat.org/tesnifat/
|
3.3
|
Əhatə edilən sektor
|
Tətbiq edilmir.
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Yoxsulluğun səviyyəsinin müəyyənləşdirilməsi üçün ilk əvvəl ölkədə yaşayış minimumunun dəyəri hesablanır. Yaşayış minimumunun dəyəri yoxsulluq həddi kimi qəbul edilir. Adambaşına düşən gəlirləri yaşayış minimumunun dəyərindən aşağı səviyyədə olan əhalinin xüsusi çəkisi yoxsulluq göstəricisidir və bu əhali yoxsul əhali hesab edilir.
|
3.5
|
Statistik vahid
|
Sorğuya düşən ev təsərrüfatları
|
3.6
|
Statistik məcmu
|
Ölkə üzrə sorğuya cəlb olunan bütün ev təsərrüfatları
|
3.7
|
İstinad zonası
|
Ölkə üzrə sorğuya cəlb olunan bütün ev təsərrüfatları
|
3.8
|
Vaxt əhatəliyi
|
İldə bir dəfə
|
3.9
|
Baza dövrü
|
2001
|
4
1
|
Ölçü vahidi
|
faiz
|
5
1
|
Hesabat dövrü
|
illik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Azərbaycan Respublikasının "Yaşayış minimumu haqqında qanun"u
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Hesablamalarda yalnız Dövlət Statistika Komitəsi iştirak edir.
|
7
1
|
Məxfilik
|
Məlumatların icazəsiz açıqlanmasının səbəbi və ya müvafiq tərəflərin maraqlarına zərərli olma dərəcəsi. Sözügedən məlumat massivi üçün məxfiliyə aid mövcud qanunvericilik (və ya digər formal əsasnamə), cari məxfi məlumatların işlənməsi (həmçinin aqreqasiya edilmiş məlumatları nəzərə alaraq) təsvir edilir.
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin
19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi
məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır. “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilməsi isə “Məxfi məlumatların işlənməsinə dair normativ sənəd Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s saylı sərəncamı ilə təsdiq edilmiş "Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?" adlı təlimata uyğun işlənilir.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur http://www.stat.gov.az/menu/6/calendar_y/
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/6/calendar_y/
|
8.3
|
İstifadəçi girişi
|
https://www.stat.gov.az/source/budget_households/
|
9
1
|
Yayım tezliyi
|
İllik
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
Məlumatların əldə olunması, istifadəsi və şərh edilməsi üçün istifadəçilər tərəfindən tələb olunan şərtlər.
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
Yoxsulluğa dair göstəricilər "Azərbaycan - faktlar və rəqəmlər" bukletdə, "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycan rəqəmlərdə" statistik məcmuələrdə nəşr olunur. http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
|
10.3
|
Onlayn məlumat bazası
|
Hazır cədvəllər bu linkdə mövcuddur. https://www.stat.gov.az/source/budget_households/
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.5
|
Digər
|
Bütün məlumatlar istifadəçilər üçün ödənişsizdir.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
http://www.stat.gov.az/menu/2/quality/
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
İldə bir dəfə ev təsərrüfatları tədqiqatı statistikası sahəsi üzrə istifadəçilərlə görüşlər keçirilir və onların tələbatları qiymətləndirilir. Şöbə tərəfindən ildə bir dəfə istifadəçilərlə iş planına uyğun olaraq seminar keçirilir, seminarda istifadəçi təşkilarların nümayəndələri, KİV və digər maraqlı tərəflər iştirak edirlər
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin
statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində
statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin
onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumatların əhatəliliyi sorğunun metodologiyasına uyğun olaraq tam dolğundur
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndirmə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Seçmə xətası hesablanmır.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətası hesablanmır.
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Müşahidənin vaxtlı-vaxtında olması istifadəçilərin ehtiyacları və mümkün istehsal vaxtı arasında razılaşmadır (kompromisdir). Nəticələr hesabat dövründən sonrakı 40-gündən gec olmayaraq hazır olur.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Göstəricilər ölkə üzrə hesablanır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Digər sahələrdə olan statistik məlumatlarla uyğunluq təşkil etmir.
|
15.4
|
Daxili uyğunluq
|
Uyğun olmayan statistik məlumatların nəşr edilməsi halları olmamışdır.
|
16
1
|
Xərc və yük
|
Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, məsləhətçilərin qismən tablet tipli kompüterlərlə təmin olunması sorğu prosesində toplanan məlumatların ötürülməsi operativliyi təmin etməklə yanaşı, sorğu anketlərinin kağız formatında çap olunmasını minimuma endirmişdir, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır və s. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Məlumatların yenilənməsi siyasəti Dövlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nömrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti” üzrə aparılır. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Məlumatların dəqiqləşdirilməsinə ehtiyac yaranmayıb. Çünki yekun məlumatlar əsasında hesablanır.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
Məlumat üçün mənbə fərdi ev təsərrüfatlarıdır. İlkin məlumatlar aşağıdakı tədqiqat formalarının tətbiqi ilə həyata keçirilir: 1 büdcə – Əsas sorğu anketi, 2 büdcə – Gündəlik xərclərin uçotu, 3 büdcə – Rüblük gəlir və xərclərin uçotu
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
İllik
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar onlayn rejimdə əldə olunur.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatlar real vaxt rejimində məlumat bazasına daxil edildikdən sonra emal prosesi həyata keçirilir. Məlumatların yoxlanması üçün SPSS proqram paketindən istifadə edilir və aşkar olunmuş uyğunsuzluqlar barədə ev təsərrüfatının tədqiqatını aparan məsləhətçilərə məlumat verilir, uyğunsuzluqlar barədə dəqiqləşmələr aparılır.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların kompiliyasiyası yoxdur.
|
18.6
|
Düzəlişlər
|
Düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
Əlavə şərh yoxdur.
|