Göstəricinin adı:
Məhv olmaq təhlükəsi olanlar kimi təsnifləşdirilmiş heyvan cinslərin xüsusi çəkisi
|
1
1
|
Əlaqə
|
|
1.1
|
Təşkilat
|
|
1.2
|
Təşkilatın məsul struktur bölməsi
|
Dayanıqlı inkişaf statistikası şöbəsi
|
1.3
|
Əlaqə üçün məsul şəxs
|
İlqar Vəliyev
|
1.4
|
Əlaqə üçün məsul şəxsin vəzifəsi
|
Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri
|
1.5
|
Əlaqə üçün məsul şəxsin poçt ünvanı
|
AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti,81
|
1.6
|
Əlaqə üçün məsul şəxsin e-poçtu
|
ilgar.valiyev@stat.gov.az
|
1.7
|
Əlaqə üçün məsul şəxsin telefon nömrəsi
|
+99412 377 10 70 (daxili 2251)
|
1.8
|
Əlaqə üçün məsul şəxsin faks nömrəsi
|
(+99412) 538 24 42
|
2
1
|
Metaməlumatların yenilənməsi
|
|
2.1
|
Metaməlumatların son təsdiq tarixi
|
11.04.2023
|
2.2
|
Metaməlumatların son yerləşdirilməsi tarixi
|
11.04.2023
|
2.3
|
Metaməlumatların son yenilənməsi tarixi
|
26.08.2024
|
3
1
|
Statistik təqdimat
|
|
3.1
|
Məlumatların izahı
|
Göstərici
müəyyən bir zamanda nəsli kəsilmək təhlükəsi olan, nəsli kəsilmək təhlükəsi
olmayan və ya nəsli kəsilmək təhlükəsi qeyri-müəyyən səviyyədə olan cinslər kimi
təsnif edilmiş mal-qara cinslərinin faiz göstəricisini, habelə bu faizlər üzrə
tendensiyanı əks etdirir.
|
3.2
|
Təsnifat sistemi
|
Tətbiq edilmir.
|
3.3
|
Əhatə edilən sektor
|
Ərzaq və Kənd Təsərrüfatı sektoru
|
3.4
|
Statistik anlayışlar və təriflər
|
Göstərici hesablama vaxtı FAO-nun Heyvan Genetik
Ehtiyatları üçün Qlobal Məlumat Bankı olan DAD-IS-də (http://dad.fao.org/) yer alan ən son məlumatlara əsaslanır. Risk
dərəcələri DAD-IS-də qeydə alınmış cinslərin populyasiya sayına əsasən müəyyən
edilir. Əgər (i) populyasiya sayı haqqında heç bir qeyd yoxdursa və (ii) populyasiya
sayı haqqında ən son qeyd hesablama ilinə nisbətən 10 ildən daha əvvəlki ilə
aid olarsa (10 illik fərq həddi), risk dərəcəsi “naməlum” hesab edilir.
|
3.5
|
Statistik vahid
|
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
|
3.6
|
Statistik məcmu
|
Tətbiq edilmir.
|
3.7
|
İstinad zonası
|
Ölkə üzrə.
|
3.8
|
Vaxt əhatəliyi
|
Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
|
3.9
|
Baza dövrü
|
Məlumatlar 2015-ci ildən etibarən mövcuddur.
|
4
1
|
Ölçü vahidi
|
Baş sayı
|
5
1
|
Hesabat dövrü
|
İllik
|
6
1
|
İnstitusional mandat
|
|
6.1
|
Hüquqi aktlar və digər razılaşmalar
|
Məlumatlar
Heyvan Genetik Ehtiyatlarının idarə edilməsi üzrə Milli Koordinatorlar (MK-lar)
tərəfindən təqdim edilir. MK ölkə (adətən Kənd Təsərrüfatı Nazirliyi) tərəfindən
rəsmi şəkildə təyin edilir. Yalnız rəsmi təyinat məktubunu aldıqdan sonra FAO qlobal
məlumat informasiya sistemi olan DAD-IS daxilində məlumatların daxil edilməsi/yenilənməsi
üçün parolu bilavasitə MK-ya təqdim edir.
|
6.2
|
Məlumatların təşkilatlararası bölgüsü
|
Məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toplanılır və hesablanılır.
|
7
1
|
Məxfilik
|
|
7.1
|
Məxfilik siyasəti
|
“Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların
verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət
Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş
“Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların
verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19
fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla
necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat
mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların
konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin
məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini
tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf
|
7.2
|
Məxfi məlumatların işlənməsi
|
Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
|
8
1
|
Yayım (nəşr) siyasəti
|
|
8.1
|
Yayım (nəşr) təqvimi
|
Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir. Məlumat məcmuədə əks etdirilir.
|
8.2
|
Yayım təqviminə giriş
|
Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur. http://www.stat.gov.az/menu/4/publications/
|
8.3
|
İstifadəçi girişi
|
“Rəsmi Statistika haqqında Qanuna” uyğun olaraq istifadəçilər statistika materiallarını məlumatların yayılmasına dair rəsmi statistika proqramında nəzərdə tutulmuş vahid qayda və hüquqi normalar çərçivəsində əldə edirlər. İstifadəçilərin statistik məlumatlarla təmin edilməsində məlumat daşıyıcılarının bütün mümkün formalarından, o cümlədən dövlət statistika orqanlarının xüsusi nəşrlərindən, kütləvi informasiya vasitələrindən və digər vasitələrdən istifadə edilir.
|
9
1
|
Yayım tezliyi
|
|
10
1
|
Bərabər giriş və aydınlıq
|
|
10.1
|
Mətbu məlumat
|
Həm kağız, həm də elektron versiya şəklində yayılır.
|
10.2
|
Nəşrlər
|
“Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal” adlı statistik məcmuədə əks olunmuşdur və elektron versiyası Dövlət Statistika Komitəsinin internet saytında mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
|
10.3
|
Onlayn məlumat bazası
|
sdg.azstat.gov.az
|
10.4
|
Mikroməlumatlara giriş
|
Mikro məlumatlardan yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun olaraq istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
|
10.5
|
Digər
|
Məlumatlara giriş bütün istifadəçilər üçün eyni zamanda təmin edilir. Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır.
|
10.6
|
Metodologiya üzrə sənədlər
|
Metodoloji izahlar bu linkdən əldə edilə bilər: https://unstats.un.org/wiki/display/SDGeHandbook/Indicator+2.5.2
|
10.7
|
Keyfiyyət üzrə sənədlər
|
Keyfiyyətə dair sənədlər: http://www.stat.gov.az/menu/2/quality/
|
11
1
|
Keyfiyyətin idarə olunması
|
|
11.1
|
Keyfiyyət təminatı
|
Dövlət Statistika Komitəsində
ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi
tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə
edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə
“Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO
9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq
standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi
sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə
uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində
aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika
Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı,
2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma
auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq
edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral
tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən
Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli
statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində
ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
|
11.2
|
Keyfiyyət qiymətləndirilməsi
|
Hər il təsdiq edilən “Audit
proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli
statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi
üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit
planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir.
Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş
qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar
şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər
il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur.
Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən,
eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə
təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə
sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab
verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam
keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən
iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların)
gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.
|
12
1
|
Aktuallıq
|
|
12.1
|
İstifadəçi tələbatları
|
Azərbaycan Respublikasının nazirlik və komitələri, beynəlxalq təşkilatlar, hüquqi və fiziki şəxslər
|
12.2
|
İstifadəçi məmnunluğu
|
İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək
"İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu"
bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab
verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış
olmaq olar.
|
12.3
|
Dolğunluq
|
Məlumat tam dolğun əhatə olunur.
|
13
1
|
Dəqiqlik və etibarlılıq
|
|
13.1
|
Ümumi dəqiqlik
|
Belə qiymətləndimə aparılmamışdır.
|
13.2
|
Seçmə xətası
|
Tətbiq edilmir.
|
13.3
|
Qeyri-seçmə xətası
|
Qeyri-seçmə xətasının
aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr
tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş
vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na
uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf
|
14
1
|
Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
|
|
14.1
|
Vaxtlı-vaxtında olma
|
Bu göstərici barəsində məlumatlar illik dövrilikdə sentyabr ayının 1-ci ongünlüyünə kimi toplanılır.
|
14.2
|
Tam vaxtında yerinə yetirmə
|
Yekun nəticələrin yayılması “Statistik işlər proqramı”na uyğun olaraq vaxtında həyata keçirilir.
|
15
1
|
Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
|
|
15.1
|
Coğrafi müqayisəlilik
|
Müqayisə aparılmır.
|
15.2
|
Vaxt üzrə müqayisəlilik
|
Yekun məlumatlar 2015-ci ilə aiddir.
|
15.3
|
Sahələrarası uyğunluq
|
Əlaqəli statistika var
|
15.4
|
Daxili uyğunluq
|
Müqayisə aparılmır.
|
16
1
|
Xərc və yük
|
Tətbiq edilmir.
|
17
1
|
Məlumatların dəqiqləşdirilməsi
|
|
17.1
|
Məlumatların dəqiqləşdirilməsi siyasəti
|
Tətbiq edilmir.
|
17.2
|
Məlumatların dəqiqləşdirilməsi təcrübəsi
|
Tətbiq edilmir.
|
18
1
|
Statistik emal
|
|
18.1
|
İlkin məlumatlar
|
İlkin məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən toplanılır və hesablanılır.
|
18.2
|
Məlumatların toplanması dövriliyi
|
Məlumatlar illik dövrilikdə toplanılır.
|
18.3
|
Məlumatların toplanması
|
Məlumatlar Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən məktubla poçt vasitəsi ilə Dövlət Statistika Komitəsinə göndərilir.
|
18.4
|
Məlumatlara nəzarət
|
Məlumatlar məlumat bazasına daxil edildikdən sonra daxil edilmiş məlumatlar şöbənin əmakdaşları tərəfindən yoxlanılır: Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa məlumatı təqdim edən müvafiq nazirlik, komitə və ya baş idarə bu barədə məlumatlandırılır, müvafiq izahlar verilir və hesabat dövrü bitmədən müvafiq düzəlişlər edilir.
|
18.5
|
Məlumatların ümumiləşdirilməsi
|
Məlumatların ümumiləşdirilməsi aparılmır.
|
18.6
|
Düzəlişlər
|
Mövsümi düzəlişlər aparılmır.
|
19
1
|
Şərh
|
|