İnsan rifahı onun yaşadığı cəmiyyətdə formalaşan mühitlə sıx əlaqəli olduğu halda, cəmiyyətin inkişafı onu əhatə edən iqtisadi, sosial və ətraf mühit imkanlarından asılıdır. Lakin təbii resursların məhdudluğu, dünyada baş verən qloballaşma, əhali artımı, ətraf mühitin çirklənməsi, qlobal istiləşmə, eroziya, torpaq sürüşmələri, təbii fəlakətlər və s. bu kimi problemlər mövcud ekosistemin dayanıqlılığını təhlükə qarşısında qoyaraq, gələcək nəsillərin inkişafını məhdudlaşdırır. Bu prosesin qarşısını almaq üçün yalnız ekosistem və insan inkişafı idarəetmə proqramlarının hazırlanması kifayət deyildir. Bu baxımdan dayanıqlı inkişafın istər qlobal və regional, istərsə də milli çərçivədə bir problem kimi öyrənilməsi, ölçülməsi və qiymətləndirilməsinə dair bir sıra elmi yanaşmalar, modellər və konsepsiyalar irəli sürülmüşdür.
Müasir elmi-texniki ədəbiyyatlarda dayanıqlı inkişaf anlayışının 60-dan çox tərifi mövcuddur. İlk dəfə “dayanıqlı inkişaf” ideyasına 1713-cü ildə Hans Karl fon Karlovitsinin alman dilində nəşr etdirdiyi meşə elmlərinə həsr olunmuş “Meşə iqtisadiyyatı” adlı kitabında təsadüf edilir. O, sübut etmişdir ki, ağac bizim gündəlik çörəyə olan tələbatımız qədər vacib olacaq və ondan meşəçiliyin inkişafı və ağac emalı arasındakı balans saxlanılmaqla istifadə edilməlidir. Karlovitsinin “Bu səbəblə, biz iqtisadiyyatımızı elə təşkil etməliyik ki, qıtlıq problemindən əziyyət çəkməyək” kimi uzaqgörən düşüncələrinə söykənən və resurslardan daimi istifadə qanunu dayanıqlı inkişaf konsepsiyasının mərkəzi ideyası olmaqla, 1987-ci ildə “Brundtland Komissiyası” adı ilə tanınan Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiya tərəfindən geniş siyasi baxışları əks etdirməklə yenidən müəyyən edilmişdir. Bu komissiyanın buraxdığı “Bizim ümumi gələcəyimiz” adlı məruzədə dayanıqlı inkişafa belə izah verilir: “Dayanıqlı inkişaf gələcək nəsillərin öz ehtiyaclarını ödəmək qabiliyyətinə xələl gətirmədən indiki dövrün ehtiyaclarını ödəyən inkişafdır” . Dayanıqlı inkişafın bu izahı insanların ehtiyaclarının ödənilməsi və həyat səviyyəsinin yüksəldilməsi üçün inkişafın reallaşmasını, lakin bu zaman dünya iqtisadiyyatının indiki və gələcək ehtiyaclarını nəzərə alaraq, təbii resurslardan sui-istifadə edilməməsini nəzərdə tutur.
Dayanıqlı inkişafa dair elmi baxışlar və onun cəmiyyət və insan inkişafının konseptual modeli kimi təsvir edilməsi beynəlxalq ictimaiyyətin daim diqqət mərkəzində olmaqla, qlobal çağırışları özündə əks etdirən müzakirə mövzusuna çevrilmişdir. Bu mənada, 1972-ci ildə Stokholmda keçirilən BMT-nin insan və ətraf mühitin qorunması məsələləri üzrə “İnsanla Əhatə Olunmuş Ətraf Mühit” adlı konfransı ekoloji problemləri beynəlxalq gündəmə çıxardı. Həmin konfransdan sonrakı zaman ərzində beynəlxalq ictimaiyyət ətraf mühitin vəziyyəti ilə yoxsulluğun və geriləmənin sosial-iqtisadi problemləri arasındakı qarşılıqlı əlaqənin daha ətraflı öyrənilməsi zərurətini qəbul etmişdir. Konfransın nəticəsi olaraq, ətraf mühitin qorunması üzrə tədbirlərin əlaqələndirilməsi və dəstəklənməsi, eləcə də milli hökumətlərə lazımi texniki və inzibati yardımın göstərilməsi üçün BMT-nin Ətraf Mühit üzrə Proqramı (UNEP) təsis olunmuşdur. UNEP ətraf mühitin qorunması haqqında beynəlxalq konvensiyanın hazırlanmasında, dayanıqlı inkişaf konsepsiyasının inkişafında və institusional yanaşmada əhəmiyyətli rol oynamışdır. Məhz bu təşəbbüsdən sonra 1980-ci ildə Təbii Ehtiyatların Qorunması üzrə Beynəlxalq İttifaq yüz milyonlarla insanın düşdüyü yoxsulluğu və iztirabı aradan qaldırmağa yönəlmiş inkişaf olmadan təbiətin qorunub saxlanılmasının qeyri-mümkünlüyünü təsdiqləyən Ümumdünya Konservasiya Strategiyasını nəşr etdirmişdir. 1982-ci ildə BMT Baş Assambleyasının 48-ci plenar iclasında bəşəriyyətin təbiətin bir hissəsi olması və həyatın isə təbii sistemin fasiləsiz fəaliyyətindən asılı olmasını ifadə edən Təbiətin Ümumdünya Xartiyası qəbul edilmişdir.
Bunun ardınca BMT Baş katibinin təşəbbüsü ilə Norveçin Baş naziri Qru Harlem Brundtlandın rəhbərliyi ilə yaradılmış Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq Komissiya tərəfindən 1987-ci ildə dərc edilmiş “Bizim ümumi gələcəyimiz” adlı məruzədə inkişafın cari tələblərinin gələcək nəsillərin ehtiyaclarını riskə atmadan ödənilməsi arqumentinə əsaslanan 1) gələcəyin ehtiyaclarını ödəmək naminə cari ehtiyaclar qurban verilməməlidir, 2) bəşəriyyətin iqtisadi gələcəyi təbiətin sərvətindən qənaətlə istifadədən, ətraf mühitin qorunmasından, bütövlükdə ekosistemin zənginliyindən asılıdır, 3) hazırkı dünyanın iqtisadi sistemi bir çox insanların, əsasən, kasıb əhalinin ehtiyaclarını qarşılamadığından dayanıqlı hesab edilmir, 4) yer kürəsinin ən kasıb əhalisinin iqtisadi vəziyyətini yaxşılaşdırmayanadək ətraf mühitin mühafizəsi mümkün olmayacaq və 5) gələcək nəslin öz ehtiyaclarını ödəməyə dair hüququ olduğu səbəbindən, biz insanlar onların bu hüququnu həyata keçirməyə dair mümkün qədər imkanlar yaratmalıyıq, bacardığımız qədər dəstək olmalıyıq və əlimizdən gələn köməyi əsirgəməməliyik kimi beş məsələ beynəlxalq səviyyədə gündəmə gətirilmişdir.
20 il sonra UNEP-in fəaliyyəti daha da genişləndi, 1992-ci ildə Rio-de-Janeyro şəhərində BMT-nin ətraf mühit və inkişaf məsələlərinə həsr edilmiş “Yer kürəsi sammiti” adlı konfransında “Gündəlik 21” sənədinin qəbulu dayanıqlı inkişafın qlobal çərçivədə konseptual əhəmiyyətini daha da gücləndirdi. Bu genişmiqyaslı sənəddə BMT-nin bütün proqramlarında inkişaf məsələlərinin ətraf mühitin qorunması ilə uyğunlaşdırılması zərurəti vurğulandı. “Gündəlik 21” sənədi müasir dövrün inkişaf problemlərini nəzərdən keçirərək, beynəlxalq ictimaiyyəti növbəti yüzilliyin çağırışlarına hazır olmağa dəvət etdi. Beləliklə, inkişaf və ekoloji tərəfdaşlıq məsələləri sahəsində ən yüksək səviyyədə siyasi öhdəliklər üzrə konsensus qəbul edildi və bu qlobal ekoloji balansın təmin edilməsi üçün beynəlxalq danışıqların ilk nümunəsi kimi tarixdə qaldı. Bundan əlavə BMT-nin iştirakı ilə XX əsrin 90-cı illərindən etibarən, ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafa dair bir sıra mühüm beynəlxalq sənədlər qəbul olunmuşdur. Bu sənədlərə 1992-ci ildə qəbul edilmiş “Bioloji müxtəliflik haqqında konvensiya”, “İqlim dəyişməsi üzrə BMT Çərçivə Sənədi”, bu çərçivə sənədinə əlavə 1997-ci ildə qəbul edilmiş və 2005-ci ildə qüvvəyə minmiş “İstixana effekti yaradan qazların emissiyasının məhdudlaşdırılması üzrə Kyoto Protokolu”, “Gündəlik 21” sənədinin birbaşa tövsiyəsi ilə hazırlanmış və 1994-cü ildə Parisdə qəbul edilmiş “Səhralaşmaya qarşı mübarizə haqqında konvensiya”, 1998-ci ildə qəbul edilmiş ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa İqtisadi Komissiyasının “Orxus Konvensiyası”nı misal göstərmək olar.
Bazar iqtisadiyyatı şəraitində yeni müstəvidə baş verən sosial, iqtisadi və ətraf mühit prosesləri dayanıqlı inkişafın təmin edilməsi üçün müasir çağırışlar əsasında adekvat mexanizmlərin hazırlanmasına, beynəlxalq tövsiyə, norma və standartları əks etdirən sənədlərin qəbuluna, habelə proqram və tədbirlərin həyata keçirilməsinə zərurət yaratmışdır. Bu məqsədlə 2000-ci ildə 994-cü ildə Parisdə qəbul edilmiş “Səhralaşmaya qarşı mübarizə haqqında konvensiya”, 1998-ci ildə qəbul edilmiş ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa İqtisadi Komissiyasının “Orxus Konvensiyası”nı misal göstərmək olar. Bazar iqtisadiyyatı şəraitində yeni müstəvidə baş verən sosial, iqtisadi və ətraf mühit prosesləri dayanıqlı inkişafın təmin edilməsi üçün müasir çağırışlar əsasında adekvat mexanizmlərin hazırlanmasına, beynəlxalq tövsiyə, norma və standartları əks etdirən sənədlərin qəbuluna, habelə proqram və tədbirlərin həyata keçirilməsinə zərurət yaratmışdır. Bu məqsədlə 2000-ci ildə Səhralaşmaya qarşı mübarizə haqqında konvensiya”, 1998-ci ildə qəbul edilmiş ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı BMT Avropa İqtisadi Komissiyasının “Orxus Konvensiyası”nı misal göstərmək olar. Bazar iqtisadiyyatı şəraitində yeni müstəvidə baş verən sosial, iqtisadi və ətraf mühit prosesləri dayanıqlı inkişafın təmin edilməsi üçün müasir çağırışlar əsasında adekvat mexanizmlərin hazırlanmasına, beynəlxalq tövsiyə, norma və standartları əks etdirən sənədlərin qəbuluna, habelə proqram və tədbirlərin həyata keçirilməsinə zərurət yaratmışdır.