Bu Qanun təhlükə potensiallı obyektlərin
təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir,
həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə baş
verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini
aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir. Bu Qanunun müddəaları təşkilati-hüquqi və
mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təhlükə
potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə
şamil edilir.