Heyvanlar aləmi təbii mühitin və müxtəlifliyin
əsas komponentlərindən biri, ölkənin milli sərvəti, əhalinin mənəvi və estetik
tələbat mənbəyi olaraq elmi-tədqiqat obyekti, xammal və yeyinti məhsulları kimi
istifadə edilir və qorunur. Bu qanun Azərbaycan Respublikasında heyvanlar aləminin
mühafizəsinin və istifadəsinin hüquqi əsaslarını müəyyən edir.