Bu Qanun korrupsiya ilə əlaqədar
hüquqpozmaların aşkar edilməsi, qarşısının alınması və nəticələrinin aradan
qaldırılmasına, sosial ədalətin, insan və vətəndaş hüquqlarının və
azadlıqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin
yaradılmasına, dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının, publik
hüquqi şəxslərin (bundan sonra – qurum), vəzifəli şəxslərin fəaliyyətinin
qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir. Bu Qanun, habelə dövlət orqanlarına və
yerli özünüidarəetmə orqanlarına, qurumlara əhalinin etimadının möhkəmləndirilməsi,
peşəkar kadrların dövlət orqanlarında və yerli özünüidarəetmə orqanlarında,
qurumlardaqulluğa girməyə həvəsləndirilməsi, həmin şəxslərin korrupsiya ilə əlaqədar
hüquqpozma törətməsini istisna edən şəraitin yaradılması məqsədini daşıyır.