Əhalinin sağlamlığının
qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə,
onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi,
iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan
ibarətdir. Bu Qanun əhalinin sağlamlığının
qorunması sahəsində vətəndaşlarla dövlət orqanları, eləcə də dövlət
və qeyri-dövlət səhiyyə sistemlərinin subyektləri arasında yaranan
münasibətləri tənzimləyir.