Bu Qanunun məqsədi elektrik stansiyalarında, o cümlədən
müstəqil elektrik stansiyalarında elektrik və istilik enerjisinin istehsalının, elektrik və istilik enerjisi
istehsalının sənaye proseslərilə birgə şəraitdə səmərəliliyinin, elektrik və istilik enerjisi
istehsalçıları, nəqlediciləri və paylaşdırıcıları arasında əməkdaşlığın, təhlükəsizliyə, əhalinin saxlamlığına və ətraf
mühitə mənfi təsirin məhdudlaşdırılmasının hüquqi təminatından ibarətdir.