Bu
Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu və 27-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında kredit
bürolarının yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını, kredit büroları
tərəfindən kredit tarixçələrinin formalaşdırılması və məlumatdan istifadə
prinsiplərini müəyyən edir, kredit bürolarının, kredit tarixçəsi subyektlərinin,
məlumat təchizatçılarının və istifadəçilərinin hüquq və vəzifələrini, eləcə də
kredit büroları üzərində nəzarət məsələlərini tənzimləyir.