Statistik məlumatlar
Vizual təsvir
Göstəricilər üzrə hesabatlılıq
Hədəflərin prioritetlik vəziyyəti
AZ
EN
Toggle navigation
Haqqında
Beynəlxalq çağırışlar
Milli icra mexanizmi
Milli hüquqi çərçivə
Konstitusiyadan çıxarışlar
Əsas qanunvericilik
Fərman və Sərəncamlar
Ətraflı axtar
Ana səhifə
/ Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 1 . Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
Prioritet hədəflər
Göstəricilər
1.2.Milli anlayışlara uyğun olaraq bütün formalarda yoxsulluq içərisində yaşayan bütün yaşlarda kişilərin, qadınların və uşaqların sayını 2030-cu ilədək azaltmaq.
1.3.Hamı, o cümlədən ağır şəraitdə yaşayanlar üçün milli səviyyədə uyğun sosial müdafiə sistemlərini və tədbirlərini həyata keçirmək və 2030-cu ilədək yoxsul və aztəminatlı əhalinin əhəmiyyətli şəkildə təminatına nail olmaq
1.4. 2030-cu ilədək, bütün kişilərin və qadınların, xüsusən də yoxsul və aztəminatlı əhalinin iqtisadi resurslara bərabər şəkildə çıxış hüquqlarına, habelə əsas xidmətlərə, torpaq və digər formalarda əmlak üzərində sahiblik və nəzarət, miras, təbii resurslar, müvafiq yeni texnologiyalar və maliyyə xidmətlərinə, o cümlədən mikro-maliyyə xidmətlərinə çıxış imkanlarına malik olmalarını təmin etmək.
1.a.Bütün ölçülərdə yoxsulluğa son qoymağa yönələn proqramları və siyasətləri həyata keçirmək üçün, inkişaf etməkdə olan ölkələri, xüsusən də ən zəif inkişaf etmiş ölkələri lazımi və əvvəlcədən məlum olan vasitələrlə təmin etmək məqsədilə, inkişafla bağlı əməkdaşlığın genişləndirilməsi yolu da daxil olmaqla müxtəlif mənbələrdən əhəmiyyətli şəkildə resursların səfərbər olunmasını təmin etmək.
1.2.1.Milli yoxsulluq həddindən aşağı səviyyədə yaşayan əhalinin xüsusi çəkisi, cins və yaş üzrə bölgüdə
1.2.2.Milli anlayışlara uyğun olaraq yoxsulluğun bütün təzahürləri baxımından yoxsulluq içərisində yaşayan bütün yaşlarda kişilərin, qadınların və uşaqların xüsusi çəkisi
1.3.1.Sosial müdafiənin minimum səviyyəsi və ya sistemləri ilə əhatə olunan əhalinin xüsusi çəkisi, cins üzrə bölgüdə, uşaqlar, işsizlər, ahıllar, əlilliyi olan şəxslər, hamilə qadınlar, yeni doğulanlar, istehsalat xəsarəti alanlar, yoxsul və aztəminatlıları ayırmaqla
1.4.1.Əsas xidmətlərə əlyetərliliyi olan ev təsərrüfatlarında yaşayan əhalinin xüsusi çəkisi
1.4.2.a) Təhlükəsiz sahibolma ilə bağlı torpaq üzərində qanuni sənədlərlə təsdiq edilmiş hüquqları olan və b) torpaq üzərində öz sahiblik hüquqlarını təhlükəsiz hesab edən 18 və yuxarı yaşlı əhalinin xüsusi çəkisi, cins və torpağa sahiblik formaları üzrə bölgüdə
1.a.2.Ümumi dövlət xərclərində əsas xidmətlərə (təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat) çəkilən xərclərin xüsusi çəkisi
Bu məlumatı çap et və ya paylaş!
Yoxsulluğun bütün formalarına hər yerdə son qoymaq
Aclığa son qoymaq, ərzaq təhlükəsizliyini təmin etmək, qidalanmanı yaxşılaşdırmaq və kənd təsərrüfatının dayanıqlı inkişafına dəstək vermək
Yaşından asılı olmayaraq hamının sağlam yaşayış tərzini təmin etmək və rifah halını yaxşılaşdırmaq
Hamı üçün inklüziv və bərabər keyfiyyətli təhsili təmin etmək və ömür boyu təhsil almaq imkanlarını dəstəkləmək
Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarını genişləndirmək
Hamı üçün su və sanitariyaya əlçatanlığı və dayanıqlı idarə etməni təmin etmək.
Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək.
Ölkədaxili və ölkələrarası bərabərsizliyi azaltmaq
Şəhər və yaşayış məntəqələrinin açıqlığını, təhlükəsizliyini, davamlılığını və ekoloji dayanıqlılığını təmin etmək
İstehsal və istehlakın səmərəli modellərinə keçidi təmin etmək
İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə təcili tədbirlər görmək
Dayanıqlı inkişaf naminə okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək
Yer ekosistemlərini mühafizə və bərpa etmək və onların səmərəli istifadəsinə dəstək vermək, meşələrdən səmərəli istifadə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaq deqredasiyasını dayandırmaq, ona qarşı əks tədbirlər görmək və bioloji müxtəlifliyin itkisinin qarşısını almaq
Dayanıqlı inkişaf naminə dinc və inklüziv cəmiyyətləri təşviq etmək, hamının məhkəmə sisteminə əlyetərliyini təmin etmək və bütün səviyyələrdə effektiv, məsuliyyətli və inklüziv institutları yaratmaq.
Dayanıqlı inkişaf naminə qlobal əməkdaşlığı canlandırmaq və gücləndirmək.
Təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər