Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 7 . Hamının sərfəli, etibarlı, dayanıqlı və müasir enerji mənbələrinə çıxışını təmin etmək
  • 7.1.2030-cu ilədək, hamı üçün əlçatan, etibarlı, dayanıqlı və müasir enerji xidmətlərinə çıxış imkanını təmin etmək.
  • 7.2.2030-cu ilədək, qlobal enerji təchizatında bərpa olunan enerjinin payını əhəmiyyətli dərəcədə artırmaq.
  • 7.3. 2030-cu ilədək, dünyada enerjidən səmərəli istifadə səviyyəsini iki dəfə artırmaq.
  • 7.b. 2030-cu ilədək bütün inkişaf etməkdə olan ölkələrdə, xüsusən də ən zəif inkişaf etmiş ölkələrdə və kiçik adalarda yerləşən dövlətlərdə hamını müasir və dayanıqlı enerji xidmətləri ilə təchiz etmək üçün enerji infrastrukturunu genişləndirmək və texnologiyaları yeniləmək.