Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetlər və onlara dair göstəricilər
Məqsəd 9 . Möhkəm infrastruktur yaratmaq, inklüziv və dayanıqlı sənayeləşməni təşviq etmək və innovasiyalara dəstək vermək.
  • 9.1.Hamı üçün əlçatan və bərabər çıxış imkanına diqqət yetirməklə, iqtisadi inkişafa və insan rifahına dəstək göstərmək məqsədilə, keyfiyyətli, etibarlı, dayanıqlı və möhkəm infrastrukturu, o cümlədən regional və transsərhəd infrastrukturu inkişaf etdirmək.
  • 9.2.İnklüziv və dayanıqlı sənayeləşdirməni təşviq etmək və 2030-cu ilədək, milli şəraitlərə uyğun olaraq məşğulluqda və ümumi daxili məhsulda sənayenin payını xeyli yüksəltmək.
  • 9.3. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə kiçik ölçülü sənaye və digər müəssisələrin maliyyə xidmətlərinə, o cümlədən əlçatan şəkildə kreditlərə çıxış imkanını artırmaq və onların dəyər şəbəkələrinə və bazarlara inteqrasiyası
  • 9.5.Bütün ölkələrdə, xüsusən də inkişaf etməkdə olan ölkələrdə elmi tədqiqatları genişləndirmək, sənaye sektorlarında texniki imkanları artırmaq, o cümlədən, 2030-cu ilədək, innovasiyaların həvəsləndirilməsi və hər 1 milyon insana nisbətdə tədqiqat və inkişafla məşğul olanların sayının və dövlət və özəl tədqiqat və inkişaf məsrəflərinin əhəmiyyətli şəkildə artırılması.
  • 9.b. Digər vasitələrlə yanaşı sənayedə şaxələndirmə və mallara əlavə dəyər vermək üçün əlverişli siyasət mühitini təmin etməklə, inkişaf etməkdə olan ölkələrin daxilində texnologiyaların inkişafına, tədqiqatlara və innovasiyalara dəstək göstərmək.
  • 9.c.2020-ci ilədək ən zəif inkişaf etmiş ölkələrdə informasiya və kommunikasiya texnologiyalarının əldə edilməsi imkanların əhəmiyyətli dərəcədə genişləndirilməsi, habelə İnternetə ümumi və hamı üçün əlçatan çıxış imkanlarını təmin etmək.
  • 9.4.2030-cu ilədək, resurslardan səmərəli istifadəni artırmaqla və təmiz və ekoloji baxımdan uyğun texnologiyaları daha geniş şəkildə qəbul etməklə, öz müvafiq imkanlarına uyğun tədbir görən bütün ölkələrlə, infrastrukturu yeniləmək və dayanıqlı etmək üçün sənayeləri müasirləşdirmək.