Bakıda Dayanıqlı İnkişafa dair Forum keçirilib.

Oktyabrın 25-də Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi” mövzusunda Bakı Forumu öz işinə başlayıb. 

Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının ölkə üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Avropa və MDB ölkələrinin yüksək vəzifəli nümayəndələri, ombudsmanlar, BMT-nin, beynəlxalq maliyyə institutlarının, vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri iştirak edirlər. 

Əvvəlcə Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına dair video-çarx nümayiş olunub.

Forumda çıxış edən Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov bu gün Bakıda Azərbaycan Respublikası Prezidentinin və bir sıra ölkələrin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə VI Humanitar Bakı Forumunun keçirildiyini vurğulayıb. Bildirilib ki, bu mötəbər tədbirlərin Bakıda keçirilməsi Azərbaycanın bu sahəyə göstərdiyi diqqətin göstəricisidir. “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”ndən irəli gələn məqsədlər və Azərbaycanın DİM-lərə nail olunması istiqamətində gördüyü işlər barədə fikirlərini bölüşən Əli Əhmədov ölkəmizdə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, Şura çərçivəsində bütün qurumların fəaliyyətinin əlaqələndirildiyini, Azərbaycanın inkişaf prioritetlərinin DİM-lərə uyğunlaşdırıldığını və ölkəmizdə həyata keçirilən dövlət proqramları və digər səndələrdə DİM-lərin nəzərə alındığını qeyd edib. Bildirilib ki, ötən illər ərzində Azərbaycanda yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb, son 15 ildə 2 milyondan çox yeni iş yeri açılıb, əldə olunmuş sosial-iqtisadi inkişafa uyğun olaraq, paytaxt Bakının və ölkə regionlarının siması tamamilə dəyişib.


Daha ətraflı>>>