2025-ci il 1-4 iyul tarixlərində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşkilatçılığı ilə “Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) 2.1-ci hədəfinin göstəricilərinə dair potensialın artırılması” mövzusunda seminar keçirilib. Tədbirdə Dövlət Statistika Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri iştirak ediblər.
Seminarda FAO-nun eksperti Adeeba İshaq tərəfindən DİM-in ölkəmiz üçün milli prioritet kimi müəyyənləşdirilmiş 2.1-ci - “2030-cu ilədək aclığa son qoyulması və hamının, xüsusən də yoxsulların və aztəminatlı insanların, o cümlədən körpələrin il boyu təhlükəsiz və kifayət qədər ərzağa çıxış imkanının təmin edilməsi” hədəfinin “2.1.1 Yetərincə qidalanmamanın yayılma səviyyəsi” və “2.1.2 Əhalinin ərzaq təhlükəsizliyinin olmamasının kəskin və ya mülayim səviyyəsi (“Ərzaq təhlükəsizliyinin təminatı şkalası” üzrə)” göstəricilərinin hesablanması metodologiyaları izah olunmuş, STATA proqramı paketinin imkanlarından yararlanmaqla şərti məlumatlar əsasında hesablamalar aparılmış, məlumatların hazırlanması zamanı rast gəlinməsi mümkün olan çətinliklərin aradan qaldırılması ilə əlaqədar tövsiyələr verilmişdir.
Tədbir çərçivəsində DİM-in 2.1.1-ci və 2.1.2-ci göstəriciləri üzrə ölkəmizə dair məlumatların hazırlanması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.