2025-ci il iyul ayının 29-da Dövlət Statistika Komitəsinin inzibati binasında statistik məlumatların istifadəçiləri ilə “Dayanıqlı inkişaf statistikası və regionlar statistikası sahəsində əldə olunmuş nailiyyətlər” mövzusunda görüş keçirilib. Tədbirdə İqtisadiyyat, Ədliyyə, Xarici İşlər, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Azərbaycan Respublikasının Kosmik Agentliyi və Minatəmizləmə Agentliyinin nümayəndələri iştirak ediblər.
Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin əməkdaşları “Dayanıqlı inkişaf statistikası sahəsində əldə olunmuş nailiyyətlər”, “Regionlar statistikası sahəsində əldə olunmuş nailiyyətlər” mövzusunda təqdimatlarla çıxış edərək iştirakçıları dayanıqlı inkişaf statistikası və regionlar statistikası sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər, həyata keçirilməsi planlaşdırılan tədbirlər, milli 18-ci DİM göstəriciləri və onların metodologiyaları və s. məsələlərlə bağlı məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırmışlar.