12.11.2020
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
“Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 oktyabr tarixli 1066 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1625; 2019, № 2, maddə 237) 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:
“Şuranın sədri
Əli Əhmədov - Azərbaycan Respublikası Baş Nazirinin müavini
Şura sədrinin müavini
Azərbaycan Respublikasının İqtisadiyyat naziri
Şuranın üzvləri
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini
Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Azərbaycan Respublikası Təhsil nazirinin müavini
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini
Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 avqust 2020-ci il
№ 1143