Bu portal geniş kütlə üçün DİM üzrə məlumatlara əlyetrəliliyin təmin edilməsi məqsədi ilə yaradılmışdır. Hər hansı tədqiqat və nəşrləri paylaşmaq arzusunda olsanız zəhmət olmasa sc@azstat.org e-poçtuna göndərin.

Nəşrlər

SOCAR Davamlı İnkişaf Haqqında Hesabat 2016 
27.01.2018

   2016-cı il uzrə hazırkı hesabat Şirkətin Davamlı inkişaf haqqında altıncı hesabatıdır. Hər il Şirkətin Davamlı inkişafı uzrə fəaliyyətinin nəticələri haqqında məlumatların hesabat formasında nəşr olunması həyata kecirilir. Hesabatın hər il hazırlanmasında məqsəd Şirkətin hesabat ilində görduyu işlər və fəaliyyəti barədə tam və şəffaf hesabat vermək, əvvəlki hesabatla bağlı oxucular tərəfi ndən verilən rəy və təklifl əri cavablandırmaqdır.

   Şirkətin bundan əvvəlki 2015-ci il uzrə iqtisadi, social və ekoloji nəticələri acıqlayan Davamlı inkişaf haqqında hesabatı 2016-cı ilin avqust ayında Azərbaycan və ingilis dillərində nəşr edilmiş, Şirkət daxilində və maraqlı tərəfl ərə həm cap variantında, həm də korporativ vebsəhifəsi vasitəsi ilə yayımlanmışdır.

   Hər il olduğu kimi 2016-cı təqvim ili uzrə SOCARın əldə etdiyi əsas istehsalat və maliyyə gostəriciləri, Şirkətin və onun struktur bolmələri ilə yanaşı xaricdə fəaliyyət gostərən numayəndəlikləri və torəmə şirkətlərinin Azərbaycanda və olkə xaricində Davamlı inkişafı uzrə fəaliyyətinin nəticələri haqqında məlumatlar hazırlanmış illik hesabatda cəmlənir. Cari Hesabatda SOCAR Enerji Turkiyə uzrə fəaliyyət gostəriciləri daha geniş acıqlanmış və muzakirə olunmuşdur.

   Şirkətdə maraqlı tərəfl ərin cəlb olunması ucun rəsmi siyasət olmasa da hesabatda həm daxili, həm də xarici maraqlı tərəfl ərin maraqları nəzərə alınmışdır. Bunun ucun SOCAR-ın fəəliyyəti ilə bağlı KİV-də işıqlanan əsas məqamlar, neft-qaz sənayesində fəaliyyət gostərən beş beynəlxalq şirkətin davamlı inkişaf haqqında hesabatları təhlil olunmuş, davamlı inkişafın muxtəlif sahələri uzrə məsul işcilər ilə musahibələr təşkil olunmuşdur. Aparılan təhlillər nəticəsində SOCAR-ın fəaliyyəti ucun əhəmiyyətli məsələlər Şəkil 1-də əks olunduğu kimi muəyyən edilərək hesabatda əhatə olunmuşdur. Həmcinin, muəyyən edilmiş əhəmiyyətli aspektlərin əhatə dairəsi və SOCAR-ın fəaliyyəti ucun hansı səbəblərdən əhəmiyyətli olduğu haqqında məlumat Cədvəl 1-də təqdim olunub. Hesabatda neft-qaz sektorunun butun sahələri uzrə məlumatlar “Hesabatlılıq uzrə qlobal təşəbbus”un davamlı inkişaf sahəsində hesabatlar uzrə təlimatın G4 versiyasının “Əsas” meyarına (bundan sonra “GRI təlimatı”) və neft-qaz sənayesi ucun əlavəsinə muvafiq olaraq təqdim olunur. Hesabatın məzmunu GRI təlimatında qeyd edilmiş əhəmiyyətlilik, maraqlı tərəflərin əhatə olunması, davamlı inkişaf və tamlıq prinsiplərinə əsasən tərtib edilmiş, hesabatda tarazlılıq, muqayisəlilik, dəqiqlik, vaxtlılıq, şəffafl ıq və etibarlılıq konseptləri oz əksini tapmışdır

Materialı yüklə