Nəşrdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən olunmuş qlobal məqsəd və hədəflərin mahiyyəti izah edilir, onlara dair qlobal çağırışlar oxucuların diqqətinə çatdırılır, son səkkiz ildə (2010-2017) milli kontekstdə dayanıqlı inkişafla bağlı tendensiya statistik göstəricilərlə təhlil edilərək, müxtəlif qrafik və cədvəllərlə təsvir edilir.Monitorinq və qiymətləndirmə təyinatlı bu vəsaitin hazırlanmasında Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyası tərəfindən müəyyən edilən və Baş Assambleyanın 2017-ci il 6 iyul tarixli qətnaməsi ilə təsdiq edilən qlobal göstəricilər sistemində əks olunmuş 74 Dayanıqlı İnkişaf Məqsədi göstəricisi barədə mövcud statistika məlumatlarından istifadə edilmişdir.