Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal
Nəşrdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən olunmuş qlobal məqsəd və hədəflərin mahiyyəti izah edilir, onlara dair qlobal çağırışlar oxucuların diqqətinə çatdırılır, son doqquz ildə (2010-2018) milli kontekstdə dayanıqlı inkişafla bağlı tendensiyalar statistik göstəricilərlə təhlil edilərək, müxtəlif qrafik və cədvəllərlə təsvir edilir.Bu nəşrin hazırlanmasında Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyası tərəfindən müəyyən edilən və Baş Assambleyanın 2017-ci il 6 iyul tarixli qətnaməsi ilə təsdiq edilən qlobal göstəricilər sistemində əks olunmuş 84 Dayanıqlı İnkişaf Məqsədi göstəricisi üzrə mövcud statistik məlumatlar təqdim olunmuşdur.