14.07.2021
Hazırkı
Davamlı inkişaf üzrə hesabat (bundan sonra “Hesabat”) Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin (bundan sonra “SOCAR”) doqquzuncu hesabatıdır. Davamlı
inkişaf üzrə hesabatların dərc olunmasında əsas məqsədimiz il ərzində əldə etdiyimiz
iqtisadi, sosial və ekoloji fəaliyyət göstəricilərimiz, eləcə də davamlı
inkişaf üzrə fəaliyyətin idarə olunmasına yanaşma və prinsiplərimiz haqqında məlumatı
bütün maraqlı tərəflərimizə çatdırmaqdır. Cari Hesabat 2019-cu təqvim ili üzrə
SOCAR-ın Azərbaycanda struktur bölmələri ilə yanaşı xaricdə fəaliyyət göstərən
nümayəndəlikləri və törəmə şirkətlərinin davamlı inkişafı üzrə fəaliyyət nəticələrini
əks etdirir.
SOCAR-ın
2019-cu il üzrə Hesabatı “Hesabatlılıq üzrə qlobal təşəbbüs”ün (GRI) davamlı
inkişaf sahəsində hesabatlar üzrə standartların “Əsas” tətbiqetmə meyarına
müvafiq olaraq hazırlanmışdır. Hesabatın məzmunu GRI təlimatlarında qeyd
edilmiş əhəmiyyətlilik, maraqlı tərəflərin əhatə olunması, davamlı inkişaf və
tamlıq prinsiplərinə əsasən tərtib edilmiş və tarazlılıq, müqayisəlilik, dəqiqlik,
vaxtlılıq, şəffaflıq və etibarlılıq kimi prinsiplərə uyğundur. GRI göstəricilərinin
açıqlanma statusunu əks edən cədvəl səh.149-da verilmişdir.
Şirkətdə
maraqlı tərəflərlə müxtəlif mexanizmlərin vasitəsilə mütəmadi görüş və məlumat
mübadiləsi həyata keçirilir (daha ətraflı məlumat üçün, baxın Şəkil 24). Fəaliyyətimiz
nəticəsində yaranan təsirlər haqqında dolğun və şəffaf məlumat vermək məqsədilə,
Hesabatın hazırlanması zamanı həm daxili, həm də xarici maraqlı tərəflərin
maraqları və il ərzində yaranan iradları nəzərə alınmışdır. Bundan əlavə, əhəmiyyətli
mövzu və aspektləri müəyyən etmək məqsədilə, SOCAR-ın fəaliyyəti haqqında KİV-də
göstərilən əsas məqamlar, neft-qaz sənayesində fəaliyyət göstərən beş beynəlxalq
şirkətin davamlı inkişaf üzrə hesabatları təhlil edilmiş və davamlı inkişafın
müxtəlif sahələrinə görə məsuliyyət daşıyan əməkdaşları ilə müsahibələr
aparılmışdır. Aparılan təhlillər nəticəsində SOCAR-ın fəaliyyəti ilə bağlı müəyyənləşdirilmiş
və Şəkil 1-də nümayiş olunan əhəmiyyətli məsələlər Hesabatda əks olunmuşdur.
Bundan əlavə, təyin edilmiş əhəmiyyətli aspektlərin SOCAR-ın hansı maraqlı tərəfləri
üçün daha önəmli olduğu haqqında məlumat Cədvəl 1-də təqdim olunmuşdur.
Davamlı
inkişaf hesabatında davamlılığın əsas istiqamətləri sosial, idarəetmə və ətraf
mühit olaraq götürülmüşdür.
Materialı yüklə