Bu portal geniş kütlə üçün DİM üzrə məlumatlara əlyetrəliliyin təmin edilməsi məqsədi ilə yaradılmışdır. Hər hansı tədqiqat və nəşrləri paylaşmaq arzusunda olsanız zəhmət olmasa sc@azstat.org e-poçtuna göndərin.

Nəşrlər

Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal
29.12.2024
Nəşrdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə müəyyən olunmuş qlobal məqsəd və hədəflərin mahiyyəti izah edilir, onlara dair qlobal çağırışlar oxucuların diqqətinə çatdırılır, son on dord ildə (2010-2023) milli kontekstdə dayanıqlı inkişafla bağlı tendensiyalar statistik göstəricilərlə təhlil edilərək müxtəlif qrafik və cədvəllərlə təsvir edilir. 
Bu nəşrdə Birləşmiş Millətlər Təşkilatının Statistika Komissiyası tərəfindən müəyyən edilərək Baş Assambleyanın 2017-ci il 6 iyul tarixli qətnaməsi ilə təsdiq edilmiş qlobal göstəricilər sistemində əks olunan 125 Dayanıqlı İnkişaf Məqsədi göstəricisinə dair, həmçinin Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 2023-cü il 18 aprel tarixli iclasında təsdiq olunan milli 18-ci Dayanıqlı İnkişaf Məqsədi (“Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər”) üzrə 14 göstəriciyə dair mövcud statistik məlumatlar təqdim olunmuşdur. 
Dayanıqlı İnkişaf Məqsədləri: statistik icmal, 2024
Materialı yüklə