Statistik məlumatlar
Vizual təsvir
Göstəricilər üzrə hesabatlılıq
Hədəflərin prioritetlik vəziyyəti
AZ
EN
Toggle navigation
Haqqında
Beynəlxalq çağırışlar
Milli icra mexanizmi
Milli hüquqi çərçivə
Konstitusiyadan çıxarışlar
Əsas qanunvericilik
Fərman və Sərəncamlar
Ətraflı axtar
Ana səhifə
/
Videolar
/ Sentyabrda Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə konfrans təşkil olunacaq.
Sentyabrda Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə konfrans təşkil olunacaq.
15.02.2018
Sentyabrda Bakıda Davamlı İnkişaf Məqsədləri üzrə konfrans təşkil olunacaq. BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Bakıda “İnteqrasiya, sürətləndirmə və siyasət dəstəyi” hesabatı üzrə keçirilən seminarda bu barədə məlumat verib. Bildirib ki, forumda "Davamlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair Bakı Prinsipləri"nin layihəsi təqdim olunacaq. Sənəd BMT ilə Azərbaycan münasibətlərinin əsasını təşkil edəcək. Qulam İshaqzainin sözlərinə görə, BMT ölkənin davamlı inkişafını dəstəkləmək üzrə böyük səylər göstərir. Təşkil edilən seminar Azərbaycan iqtisadiyyatının inkişafına dəstək verilməsinə istiqamətlənib. Azərbaycan həm mexanizmlər və siyasi iradə, həm də milli agentliyin yaradılması baxımından regionun lideridir. Bu istiqamətdə doğru məqsədlər və onlara nail olmaq yolları müəyyənləşdirilir. İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycan BMT-nin yeni təşəbbüsünə də qoşulub: “Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə inteqrasiyası və onların sürətləndirilməsinə dair “Bakı prinsipləri” layihəsinin bu ilin sentyabrında Bakıda keçiriləcək konfransda qəbulu gözlənilir. Ölkəmiz “Bakı prinsipləri”nin qəbulunda maraqlıdır. Müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanda insanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün atılan addımlar barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda yoxsulluq səviyyəsi dəfələrlə azalıb. 2003-cü illə müqayisədə hazırda ölkədə işsizlik faizi aşağı düşüb.
Başqa videolar
Bakıda "Sosial müdafiə və dayanıqlı inkişaf" mövzusunda konfrans keçirilib
“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçirilib
Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalı təqdim olunub...
Gəncədə "Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri" mövzusunda Konfrans keçirilib
"Dayanıqlı İnkişaf Məqsədləri gənclər üçün” mövzusunda konfrans keçirilib
Dayanıqlı İnkişaf Məqsədləri üzrə dövlət-özəl sektor dialoquna başlanılıb
Dayanıqlı inkişaf nədir?
22-24 oktyabr 2018-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Statistika Komissiyasının təşkilatçılığı ilə İkinci Ümumdünya Məlumat Forumu keçirilib.
Bakıda Dayanıqlı İnkişaf Məqsədləri üzrə beynəlxalq tədbir keçirilir.
Birinci Azərbaycan Dayanıqlı İnkişaf və Korporativ Sosial Məsuliyyət üzrə konfrans öz işinə başlayıb.
Dayanıqlı İnkişaf Məqsədləri
"Dayanıqlı inkişaf üçün enerji” beynəlxalq forumu keçirilib.
“Dayanıqlı inkişaf məqsədləri: qadınlar və inkişaf” mövzusunda konfrans keçirilib.
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub və bu layihənin həyata keçirilməsi ilə bağlı öhdəliklər götürüb.
Seçim - "Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası"nın əhəmiyyəti