Davamlı, inklüziv və dayanıqlı iqtisadi artımı, hamı üçün tam və məhsuldar məşğulluğu və layiqli işi təşviq etmək.
Göstərici 8.5.2 İşsizlik səviyyəsi, cins, yaş və əlillik əlaməti üzrə bölgüdə


Statistik məlumatlara baxmaq üçün aşağıdakı göstərici (lər) və il (lər) seçilməlidir.
  
[Expand]  8.5.2 İşsizlik səviyyəsi, cins, yaş və əlillik əlaməti üzrə bölgüdə
Hamısını seç Hamısını təmizlə

İllər

Hamısını seç Hamısını təmizlə

  • Milli metaməlumat
  • Əlavə metodoloji vəsait
Aşağıdakı cədvəl göstəricinin Vahid inteqrəedilmiş metaməlumatların strukturuna (SİMS 2.0) uyğun hazırlanmış metaməlumatını xarakterizə edir.
Göstəricinin adı: İşsizlik səviyyəsi, cins, yaş və əlillik əlaməti üzrə bölgüdə
1 1 Əlaqə
1.1 Təşkilat Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
1.2 Təşkilatın məsul struktur bölməsi Əmək statistikası şöbəsi
1.3 Əlaqə üçün məsul şəxs Nemət Xuduzadə
1.4 Əlaqə üçün məsul şəxsin vəzifəsi Əmək statistikası şöbəsinin müdiri
1.5 Əlaqə üçün məsul şəxsin poçt ünvanı AZ1136, Bakı şəhəri, İnşaatçılar prospekti
1.6 Əlaqə üçün məsul şəxsin e-poçtu nemat.khuduzade@stat.gov.az
1.7 Əlaqə üçün məsul şəxsin telefon nömrəsi +99412 3771070 (2208)
1.8 Əlaqə üçün məsul şəxsin faks nömrəsi +99412 538 24 42
2 1 Metaməlumatların yenilənməsi
2.1 Metaməlumatların son təsdiq tarixi 31.08.2018
2.2 Metaməlumatların son yerləşdirilməsi tarixi 31.08.2018
2.3 Metaməlumatların son yenilənməsi tarixi 26.08.2024
3 1 Statistik təqdimat
3.1 Məlumatların izahı İqtisadiyyatda işsiz olan əhalinin sayı onların işdən çıxma (çıxarılma) səbəblərinə, təhsilinə, cinsinə, yaşına və digər səbəblərə görə bölgüsü. Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına uyğun olaraq işsizlik səviyyəsinə dair rüblük məlumatlar təmin edilir və beynəlxalq müqayisəlilik aparılır. İşsiz əhalinin sayı və işsizlik səviyyəsi müntəzəm olaraq nəşr olunur.
3.2 Təsnifat sistemi  • İqtisadi fəaliyyət növlərinin təsnifatı (İFNT); • Məşğulluq təsnifatı; • Mülkiyyət növləri təsnifatı; • İnzibati ərazi bölgüsü təsnifatı; • Milli Təhsil Təsnifatı http://www.azstat.org/tesnifat/
3.3 Əhatə edilən sektor  Müşahidə iqtisadiyyatın bütün sektorlarını əhatə edir. İşçi qüvvəsinə dair müayinə (İQM) əmək bazarını xarakterizə edən əsas göstəriciləri - məşğulluq, işsizlik, iqtisadi qeyri-fəallıq, iş saatları, məşğulluq statusu, iqtisadi fəaliyyət növləri, peşələr və s., eyni zamanda sosial-demoqrafik xarakteristikaları özündə əks etdirən yaş, cins, təhsil, yaşayış yeri və ailə vəziyyəti – təmin edir. İşçi qüvvəsinə dair müayinənin (İQM) əsas hədəfi seçilmiş ev təsərrüfatlarından olan 15 və yuxarı yaşda olan əhalidir. Bu müayinə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qəbul edilmiş işçi qüvvəsi statistikasına dair beynəlxalq tövsiyələr əsasında həyata keçirilir. İQM metodologiyası bəzi istisnalar olmaqla Aİ ölkələrində keçirilən İQM-ə dair Aİ-nin qətnaməsinə uyğunlaşdırılmışdır. İşsiz əhali milli qanunvericilik ilə müəyyən olunmuş əmək qabiliyyətili yaşda olan, baxılan dövr ərzində işi (gəlir gətirən məşğuliyyəti) olmayan, iş axtaran və müəyyən olunmuş dövr ərzində işə başlamağa hazır olan şəxslərdir.

3.4 Statistik anlayışlar və təriflər   İşçi qüvvəsinə dair müayinə (İQM) əmək bazarını xarakterizə edən əsas göstəriciləri - məşğulluq, işsizlik, iqtisadi qeyri-fəallıq, iş saatları, məşğulluq statusu, iqtisadi fəaliyyət növləri, peşələr və s., eyni zamanda sosial-demoqrafik xarakteristikaları özündə əks etdirən yaş, cins, təhsil, yaşayış yeri və ailə vəziyyəti – təmin edir. İşçi qüvvəsinə dair müayinənin (İQM) əsas hədəfi seçilmiş ev təsərrüfatlarından olan 15 və yuxarı yaşda olan əhalidir. Bu müayinə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən qəbul edilmiş işçi qüvvəsi statistikasına dair beynəlxalq tövsiyələr əsasında həyata keçirilir. İQM metodologiyası bəzi istisnalar olmaqla Aİ ölkələrində keçirilən İQM-ə dair Aİ-nin qətnaməsinə uyğunlaşdırılmışdır. İşsiz əhali milli qanunvericilik ilə müəyyən olunmuş əmək qabiliyyətili yaşda olan, baxılan dövr ərzində işi (gəlir gətirən məşğuliyyəti) olmayan, iş axtaran və müəyyən olunmuş dövr ərzində işə başlamağa hazır olan şəxslərdir.

3.5 Statistik vahid Müşahidə vahidi – İşsiz insanlar Hesabat vahidi – seçmə müayinəyə daxil edilmək üçün seçilmiş ev təsərrüfatları və onların üzvləri
3.6 Statistik məcmu
Baş məcmuya milli qanunvericilik ilə müəyyən olunmuş əmək qabiliyyətili yaşda olan bütün işsiz əhali daxildir.

3.7 İstinad zonası  Azərbaycan Respublikası və onun iqtisadi və inzibati regionları
3.8 Vaxt əhatəliyi
 İşsiz əhali 2003-cü ildən etibarən Beynəlxalq Əmək Təşkilatının metodologiyası əsasında hesablanır. 2003-cü ilədək dövlət məşğulluq orqanları tərəfindən ancaq işsiz statusu alan əhalinin qeydiyyatı aparılmışdır.

3.9 Baza dövrü 2015
4 1 Ölçü vahidi faiz
5 1 Hesabat dövrü illik
6 1 İnstitusional mandat
6.1 Hüquqi aktlar və digər razılaşmalar Məlumatın toplanması üçün hüquqi sənəd "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanunudur.
6.2 Məlumatların təşkilatlararası bölgüsü
İşsiz əhalinin hesablanması üçün digər inzibati məlumat mənbələrindən istifadə olunmur və onun hesablanmasında yalnız Dövlət Statistika Komitəsi iştirak edir.

7 1 Məxfilik
7.1 Məxfilik siyasəti

“Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa (15-ci maddə) müvafiq olaraq, ilkin məlumatların verilməsi qadağandır. http://www.stat.gov.az/menu/3/Legislation/law_az.pdf Mikroməlumatlara giriş Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na əsasən tənzimlənir. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf Dövlət Statistika Komitəsinin 19 fevral 2014-cü il tarixli 7/02s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Fərdi məlumatlarla necə işləmək, onların məxfiliyini necə qorumaq lazımdır?” adlı təlimat mövcuddur. http://www.stat.gov.az/menu/6/personal_info/personal_information.pdf İlkin (fərdi) məlumatların konfidensiallığının qorunması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məxfi statistik məlumatların qorunması sahəsində siyasəti sənədində öz əksini tapmışdır. http://www.stat.gov.az/menu/2/quality/az/mexfilik.pdf



7.2 Məxfi məlumatların işlənməsi  Məxfi məlumatları əks etdirən, yaxud onu açıqlayan rəsmi statistika materiallarının istifadəçilər arasında yayılmasına icazə verilmir. Açıqlanmasına icazə verilən yekun (ümumiləşdirilmiş) məlumatlar ən azı üç statistik vahidin məlumatını əhatə etməlidir və belə yekunlarda statistik vahidlərdən hər hansı birinin payı 85%-dən çox olmamalıdır.
8 1 Yayım (nəşr) siyasəti
8.1 Yayım (nəşr) təqvimi Bu göstərici üzrə məlumatın yayılması Statistik məlumatların və mətbu məlumatların yayılmasına dair təsdiq olunmuş qrafik əsasında həyata keçirilir.
8.2 Yayım təqviminə giriş
 Yayım təqvimi Komitənin internet səhifəsində Elektron xidmətlər bölməsində yerləşdirilmişdir. Giriş bütün istifadəçilər üçün açıqdır və heç bir məhdudiyyət qoyulmur.

8.3 İstifadəçi girişi  Dövlət Statistika Komitəsinin rəsmi statistik məlumatların yayım siyasəti mövcuddur və 19.02.2014-cü il tarixli 8/02s nömrəli sərəncamla təsdiq edilmişdir. http://www.stat.gov.az/menu/6/dissemination_policy/DissPolicy_az_2014.pdf
9 1 Yayım tezliyi illik
10 1 Bərabər giriş və aydınlıq
10.1 Mətbu məlumat Həm kağız, həm də elektron versiya şəklində yayılır.
10.2 Nəşrlər  Göstəriciyə dair əsas məlumatlar: "Əmək bazarı", "Azərbaycanın statistik göstəriciləri", "Azərbaycanda qadınlar və kişilər", "Azərbaycan gəncləri" Dövlət Statistika Komitəsinin internet saytda mövcuddur: http://www.stat.gov.az/menu/6/statistical_yearbooks/
10.3 Onlayn məlumat bazası

 Bu göstərici haqqında məlumat onlayn məlumat bazasında mövcuddur. https://www.stat.gov.az/source/labour/

10.4 Mikroməlumatlara giriş  Mikroməlumatlara giriş qadağandır. Yalnız Dövlət Statistika Komitəsinin sədri tərəfindən 13.06.2011-ci il tarixdə təsdiq olunmuş “Tədqiqat məqsədilə istifadə olunması üçün istifadəçilərə mikro məlumatların verilməsi qaydaları”na uyğun, ilkin məlumatlardan istifadə edilə bilər. http://www.stat.gov.az/menu/6/personal_info/micro_inf.pdf
10.5 Digər
Məlumatlar bütün istifadəçilər üçün ödənişsizdir. İstifadəçilərin müraciətləri elektron və yazılı formada cavablandırılır. Ölkə daxili və xarici istifadəçilər, o cümlədən Beynəlxalq Əmək Təşkilatı, Avropa Statistika Bürosu və digər beynəlxalq təşkilatlar mütəmadi olaraq soğunun nəticələrinə dair məlumatlar ilə təmin olunur.

10.6 Metodologiya üzrə sənədlər  Metodoloji izahlar (yalnız azərbaycan dilində) üçün bu linkdən əldə edilə bilər http://www.stat.gov.az/menu/7/other_metadata/
10.7 Keyfiyyət üzrə sənədlər  Keyfiyyət məruzəsi – http://www.stat.gov.az/menu/2/quality/
11 1 Keyfiyyətin idarə olunması
11.1 Keyfiyyət təminatı Dövlət Statistika Komitəsində ISO 9001 beynəlxalq standartına uyğun olaraq keyfiyyətin idarə edilməsi sistemi tətbiq edilir, 2013-cü ildə Dövlət Statistika Komitəsində keyfiyyətin idarə edilməsi sisteminin kənar audit aparılmış və həmin ilin avqust ayında ilk dəfə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2008 beynəlxalq uyğunluq sertifikatı əldə edilmişdir. Beynəlxalq standartda 2015-ci ildə baş vermiş dəyişiklikdən sonra keyfiyyətin idarə edilməsi sisteminin bütün sənədləri ISO 9001:2015 beynəlxalq standartının tələblərinə uyğun olaraq yenidən hazırlanmışdır. 2017-ci ilin 09-10 mart tarixlərində aparılmış sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 13 yerli statistika orqanı, 2020-ci ilin 02-06 mart tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi daha 17 yerli statistika orqanı, daha sonra 2023-cü ilin 13-17 fevral tarixlərində aparılmış təkrar sertifikatlaşdırma auditinin nəticələrinə əsasən Dövlət Statistika Komitəsinin aparatı və KİS-in tətbiq edildiyi 45 yerli statistika orqanı “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində ISO 9001:2015 beynəlxalq uyğunluq sertifikatına layiq görülmüşdür. http://stat.gov.az/menu/2/quality/az/sertifikat_ISO_9001_2015.pdf
11.2 Keyfiyyət qiymətləndirilməsi

Hər il təsdiq edilən “Audit proqramı” əsasında aparatın şöbələrində və KİS-in tətbiq edildiyi yerli statistika orqanlarında daxili auditlər həyata keçirilir. Auditlərin keçirilməsi üçün audit qrupları təşkil olunur və hər bir struktur bölmə üçün fərdi audit planı təsdiq olunur. Audit qrupu audit planına əsasən yoxlamanı həyata keçirir. Dövlət Statistika Komitəsində keyfiyyət aspektlərinin daxili monitorinqi mərkəzləşdirilmiş qaydada səlahiyyətli struktur bölmə (Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsi) tərəfindən həyata keçirilir və aparılmış auditlərin yekunlarına dair hər il “Rəhbərlik tərəfindən təhlil” sənədi hazırlanaraq rəhbərliyə təqdim olunur. Audit qrupunun üzvləri (auditorlar) hər auditdən əvvəl baş auditor tərəfindən, eləcə də ildə 1 dəfədən az olmamaq şərti ilə təşkil edilən seminarlar vasitəsilə təlimatlandırılır. Dövlət Statistika Komitəsinin fəaliyyətinin “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” ISO 9001:2015 beynəlxalq standartının tələblərinə cavab verməsi ən güclü tərəflərdən biri hesab olunur. Elektron sənədləşməyə tam keçilməməsi və paralel olaraq kağız sənəd dövriyyəsinin aparılması səbəbindən iş yükünün artması, yeni standartların tələblərinə işçi heyətinin (əməkdaşların) gec adaptasiyası ən zəif cəhətlər hesab olunur.

12 1 Aktuallıq
12.1 İstifadəçi tələbatları
Əsas istifadəçilər: • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), • İqtisadiyyat Nazirliyi (İN), • Təhsil Nazirliyi (TN), • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) • digər dövlət orqanları beynəlxalq təşkilatlar: • Beynəlxalq Əmək Təşkilatı (BƏT), • Beynəlxalq Valyuta Fondu (BVF), • Dünya Bankı (DB), • BMT-nin Asiya və Sakit Okean ölkələrinin İqtisadi və Sosial Komissiyası və s.

12.2 İstifadəçi məmnunluğu

İstifadəçilər www.stat.gov.az rəsmi sayt ünvanına girərək "İstifadəçilərin statistik məlumatlarla təmin olunması barədə sorğu" bölməsində statistikanın əsas sahələrindən istifadəyə dair suallara cavab verirlər. Həmin onlayn sorğunun nəticələri" ilə https://www.stat.gov.az/source/others/sorqu-yekun-2023-ARAYI%C5%9E.pdf linki vasitəsi ilə tanış olmaq olar. 

12.3 Dolğunluq Məlumat mövcuddur və tam dolğundur.
13 1 Dəqiqlik və etibarlılıq
13.1 Ümumi dəqiqlik Belə qiymətləndimə aparılmamışdır. Bu sahədə məlumatların dəqiqlik səviyyəsini artırmaq məqsədilə yerli statistika orqanlarının müvafiq mütəxəssisləri üçün təlimati seminarlar keçirilir, metodologiyalar daima təkmilləşdirilir. Eyni zamanda statistik vahidlər tərəfindən daxil edilən ilkin məlumatlar məntiqi olaraq yoxlanılır.
13.2 Seçmə xətası  Müşahidələr başdan-başa olduğuna görə seçmə xətası hesablanmır
13.3 Qeyri-seçmə xətası

Qeyri-seçmə xətasının aparılması Dövlət Statistika Komitəsinin kollegiyasının 2019-cu il 30 oktyabr tarixli 9/3 nömrəli qərarı ilə təsdiq olunmuş “Hesabat məlumatlarında baş vermiş xətaların təsnifləşdirilməsi və onların aradan qaldırılması qaydaları”na uyğun aparılır. https://www.stat.gov.az/menu/2/quality/az/00_5.pdf

14 1 Vaxtlı-vaxtında olma və tam vaxtında yerinə yetirmə
14.1 Vaxtlı-vaxtında olma Statistik məhsulların operativliyini göstərən, yəni hadisənin baş verməsi ilə onun öyrənilməsi arasında olan müddətdir. Əsas məqsəd məlumatların müəyyən edilmiş dövrilikdə və vaxtda yayılmasıdır.
14.2 Tam vaxtında yerinə yetirmə  Göstəricinin hesablanması və yayılması “Statistik işlər proqramı”na uyğun həyata keçirilir. Yayım təqvimində və proqramda müəyyən olunmuş vaxtdan gecikmə halları müşahidə olunmamışdır.
15 1 Uyğunluq (əlaqələndirmə) və müqayisəlilik
15.1 Coğrafi müqayisəlilik  Ölkə üzrə cəmi, həmçinin şəhər və kənd yerləri üzrə hesablanır.
15.2 Vaxt üzrə müqayisəlilik Yekun məlumatlar  2015-ci ildən mövcuddur və dinamika sıralarında fasilələr olmamışdır.
15.3 Sahələrarası uyğunluq  Əlaqəli statistika yoxdur.
15.4 Daxili uyğunluq  İlkin məlumatla dəqiqləşmiş məlumatlar arasında cüzi fərqlər yarana bilər
16 1 Xərc və yük Məlumatların respondentlərdən onlayn anket formalarla toplanılması effektivliyin yüksəldilməsi üçün ən mühüm addımlardan biridir. Həmçinin, rəsmi statistika hesabatlarında mütəmadi olaraq respondentlərə düşən yükün aşağı salınması sahəsində daimi işlər görülür: məsələn, müxtəlif göstəricilər əsasında hesablana biləcək göstəricilər üçün məlumatlar artıq toplanmır. Bundan əlavə, aktuallığını itirmiş və ehtiyac duyulmayan göstəricilərin müəyyən edilməsi üçün mütəmadi qitmətləndirmələr keçirilir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2014-cü il 30 aprel tarixli 16/07s nömrəli sərəncamı ilə təsdiq edilmiş "Respondentlərə düşən statistik yükün azaldılması ilə bağlı konsepsiya" mövcuddur.
17 1 Məlumatların dəqiqləşdirilməsi
17.1 Məlumatların dəqiqləşdirilməsi siyasəti   Məlumatların yenidən nəzərdən keçirilməsinin əsas prosedurları Dovlət Statistika Komitəsinin 10.05.2016-cı il tarixli 60/t nomrəli əmri ilə təsdiq edilmiş “Əsas statistik göstəricilər üzrə məlumatlara yenidən baxılması reqlamenti üzrə aparılır. Bu sənəd ictiamiyyət üçün açıqdır və Komitənin internet səhifəsində statistik nəşrlər bölməsində yerləşdirilmişdir. http://www.stat.gov.az/menu/6/information_regulations/reg_05_2016.pdf
17.2 Məlumatların dəqiqləşdirilməsi təcrübəsi  Belə təcrübə mümkündür.
18 1 Statistik emal
18.1 İlkin məlumatlar
 İlkin məlumatlar İşçi qüvvəsinə dair rüblük müayinə əsasında seçməyə düşmüş ev təsərrüfatlarının 15 və yuxarı yaşda olan üzvlərinin sorğuya cəlb olunması vasitəsilə formalaşır. Müayinə iki pillə əsasında aparılır. Birinci pillə seçmədə iştirak edən sayıcı məntəqələrinin müəyyən edilməsindən ibarətdir. Bu məntəqələr hər bir rayon daxilində təsadüfi üsulla seçilir. Seçməyə cəlb olunmuş məntəqələr hər il aktuallaşdırılır. Müayinə üzrə seçmə həcmi hər ilin yanvarın 1-i vəziyyətinə ölkədə mövcud ev təsərrüfatlarının cəmi sayının 1 faizini nəzərdə tutur. Seçmənin bu həcmi ölkənin iqtisadi və inzibati rayonlarının şəhər və kəndləri üzrə mütənasib olaraq bölünür və seçmə planı tərtib olunur. Bu plan əsasında məntəqələr üzrə mütənasib şəkildə seçmə sayı hesablanır və müəyyən olunmuş saya uyğun olaraq hər bir rayonun daxilində şəhər və kəndlər üzrə ayrı-ayrılıqda sadə təsadüfi üsulla ev təsərrüfatları seçilir. Seçməyə cəlb olunmuş ev təsərrüfatlarının rayon siyahısı tərtib olunur. Siyahıda ərazinin kodu, adı, sayıcı məntəqəsinin nömrəsi, ev təsərrüfatı başçısının adı, soyadı, ünvanı göstərilir. Hər ilin II rübündən başlayaraq rotasiya üsulu tətbiq edilir. Belə ki, rayon daxilində hər rüb seçmə həcminin 25 faizi yeniləri ilə əvəz olunur.

18.2 Məlumatların toplanması dövriliyi
 Məlumatlar rüblük dövrülüklə toplanır.

18.3 Məlumatların toplanması Məlumatlar onlayn rejimdə əldə olunur.
18.4 Məlumatlara nəzarət
Yerli statistika orqanları tərəfindən toplanmış məlumatlar mikro və makro səviyyədə yoxlanılması həyata keçirilir, yəni seçmə planına müvafiq olaraq ev təsərrüfatlarının və respondentlərin sorğuya cavab vermə səviyyəsi, sorğudan imtina etmiş ev təsərrüfatlarının yaxud respondentlərin təyin edilməsi, siyahıda göstərilmiş ünvanda mövcud olmayan ev təsərrüfatları dəqiqləşdirilir. Eyni zamanda sorğu anketində nəzərdə tutulmuş suallara natamam cavab verən respondentlər müəyyən edilir. Əvvəlki dövrün sorğu məlumatları və cari statistik məlumatlarla müqayisə edilərək aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılır.

18.5 Məlumatların ümumiləşdirilməsi  Onlayn məlumat bazasının müşahidəsi zamanı uyğunsuzluqlar aşkarlanarsa, yerli statistika orqanları, o cümlədən intervüyerlər bu barədə məlumatlandırılır və hesabat dövrü bitmədən uyğun düzəlişlər edilir. Məlumatların keyfiyyətinə nəzarət zamanı aşkar edilmiş uyğunsuzluqların redaktəsi makro səviyyədə də həyata keçirilir, yəni ayrı-ayrı göstəricilərin təsviri statistikası regionlar, rayonlar, şəhər və kənd səviyyəsində hesablanır. Bu zaman mühüm kəmiyyət göstəricilərinin orta kəmiyyəti, median qiyməti, orta kəmiyyətin xətası, standart kənarlaşma, variasiya əmsalı, dayanıqlıq əmsalı və s. riyazi-statistik xarakteristikalar müəyyən olunur. Variasiyası böyük olan göstəricilər ayrılıqda redaktə üçün tədqiq olunur. Nəzarət zamanı buraxılmış məlumatların şərti bərpası (impyutasiyası) müvafiq metodlarla həyata keçirilir. Düzəlişlərin aparılması və boşluqların (buraxılmış göstəricilərin) bərpası zamanı orta kəmiyyət, yaxın qonşu, reqressiya modeli və s. üsullardan istifadə olunur. Cavab verməyən ev təsərrüfatları çəkilərin yenidən hesablanmasında nəzərə alınır.
18.6 Düzəlişlər  Mövsümi düzəlişlər aparılmır.
19 1 Şərh  Əlavə şərh yoxdur.