“Dayanıqlı inkişaf statistikası və regionlar statistikası: əldə olunmuş nailiyyətlər və perspektivlər. Milli 18-ci DİM göstəriciləri” mövzusunda tədbir keçirilib

2024-cü il iyun ayının 24-də Dövlət Statistika Komitəsinin inzibati binasında statistik məlumatların istifadəçiləri ilə “Dayanıqlı inkişaf statistikası və regionlar statistikası: əldə olunmuş nailiyyətlər və perspektivlər. Milli 18-ci DİM göstəriciləri” mövzusunda görüş keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 
Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin əməkdaşları “Dayanıqlı inkişaf statistikası: nailiyyətlər və perspektivlər. Milli 18-ci DİM göstəriciləri”, “Regionlar statistikası: nailiyyətlər və perspektivlər” mövzusunda təqdimatlarla çıxış edərək iştirakçıları dayanıqlı inkişaf statistikası və regionlar statistikası sahəsində görülmüş işlər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər, həyata keçirilməsi planlaşdırılan tədbirlər, eləcə də milli 18-ci DİM göstəriciləri, onların metodologiyası, cavabdeh qurumlar və s. məsələlərlə bağlı məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırmışlar.