14.4.1 Bioloji dayanıqlı həddə olan balıq ehtiyatlarının xüsusi çəkisi, faizlə
Bioloji dayanıqlı həddə olan balıq ehtiyatlarının xüsusi çəkisi 2015-ci ildə 34,1 faiz olmuş, sonrakı illərdə artaraq 2018-ci və 2019-cu illərdə ən yüksək qiymətini almış (39,6 faiz), növbəti illərdə azalma meyli almış və 2022-ci ildə 30,3 faiz təşkil etmişdir. Bu dövrdə bioloji dayanıqlı həddə olan vətəgə əhəmiyyətli balıq ehtiyatlarında kilkələrin, siyənəklərin, kütümün, şərq çapağının, Kür (Azərbaycan) külməsinin, dabanbalığının payı artmış, kefalın, çəkinin, çay sifinin, Xəzər qarasolunun, adi naxa və adi durnabalığının payı isə azalmışdır.