15.1.2 Xüsusi mühafizə olunan təbiət ərazilərinin ölkənin ümumi ərazisində payı, faizlə[1]
2012-ci ildən etibarən xüsusi mühafizə olunan təbiət ərazilərinin ölkənin ümumi ərazisinə faiz nisbətinin sabit qalmasına baxmayaraq 2017-ci illə müqayisədə 2018-2019-cu illərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsində 0,3 min hektar artım (dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqlarının sahəsi müvafiq olaraq 88,4 min və 10,4 min hektar azalmış, milli parkların sahəsi isə 99,1 min hektar artmışdır) olmuşdur.
2019-cu ilin sonuna flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 10 dövlət təbiət qoruğu[2], sahəsi 421,4 min hektar olan 10 milli park[3] və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı[4] mövcud olmuşdur.
[1] Göstərici BMT-nin DİM üzrə qlobal göstəricilər sistemində “15.1.2 Quruda və şirin suda biomüxtəliflik baxımından mühüm olan mühafizə edilən sahələrin xüsusi çəkisi, ekosistemlər üzrə bölgüdə” kimi müəyyən edilmişdir. Nəşrdə bu göstərici milli kontekstdə verilmişdir.
Dövlət təbiət qoruqları
- səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini təbii vəziyyətində
qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədilə
yaradılan təbiət mühafizə və elmi
müəssisə və ya təşkilat statusuna malik olan ərazilərdir.
Milli parklar - xüsusi
ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi
və təbiəti mühafizə, maarifçilik, elmi, mədəni və digər məqsədlər üçün istifadə
olan təbiəti mühafizə və elmi müəssisə
və ya təşkilat statusuna malik olan ərazilərdir.
Dövlət təbiət yasaqlıqları -
təbiət komplekslərinin və ya onların komponentlərinin qorunması və ya bərpası,
habelə ekoloji tarazlığın saxlanması üçün xüsusi əhəmiyyət daşıyan ərazilərdir.